Əsəd təyyarə ilə Moskvaya iki tona yaxın nağd pul göndərib “Financial Times”
Icma.az, Azpost saytına istinadən bildirir.
Suriya Mərkəzi Bankı devrilmiş prezident Bəşər Əsədin hələ hakimiyyətdə olduğu 2018-2019-cu illərdə Moskvaya bir neçə təyyarə dolusu nağd pul göndərib.
Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” məxfi sənədlərə istinadən yazıb.
“2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər Suriya Mərkəzi Bankı Rusiyaya nağd dollar və avro ilə 21 uçuş həyata keçirib. Moskvanın “Vnukovo” hava limanına çatdırılan nağd pulun ümumi məbləği iki tona yaxın olub”, – nəşr yazır.
Həmin vaxt Suriyada xarici valyuta qıtlığının olduğu da bildirilir: “O zaman ölkənin daxili ehtiyatları demək olar ki, sıfır idi”.
“Financial Times” qeyd edir ki, vəsaitlərin köçürülməsi qanuni şəkildə həyata keçirilib. Əməliyyatlar haqqında məlumat jurnalistlər tərəfindən ixrac-idxal əməliyyatlarının “Import Genius” məlumat bazasında aşkar edilib. Suriya Mərkəzi Bankının fəaliyyətindən xəbərdar olan mənbə nəşrə bildirib ki, bu pullar buğda, hərbi xərclər, eləcə də Rusiya “Qoznak”ının Suriya əskinaslarının çapı ilə bağlı xidmətlərinin ödənilməsinə sərf olunub.
Köçürmələr sanksiyalar səbəbindən bank sistemi vasitəsilə göndərilməsi mümkün olmadığı üçün nağd şəkildə həyata keçirilib.
Nəşr yazır ki, o zaman “Vaqner” qrupu Suriyada fəal olub, Əsəd rejimini dəstəkləyib və pul həm də onun xidmətlərini ödəmək üçün nəzərdə tutula bilərdi. Bundan başqa, 2013-2019-cu illərdə Əsədin ətrafı Moskva şəhərində aktiv şəkildə lüks daşınmaz əmlak alıb. Suriya diktatorunun ən yaxın adamları daşınmaz əmlakın alınmasına 40 milyon dollardan çox pul xərcləyiblər. Bu mülklərin böyük hissəsi bu gün də Əsədin yaxın ətrafına məxsusdur.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















