Icma.az
close
up
RU
Əsəd və qardaşı ilə bağlı şok məlumatlar: Qaçış zamanı hava limanında dalaşıblar, sonra isə...

Əsəd və qardaşı ilə bağlı şok məlumatlar: Qaçış zamanı hava limanında dalaşıblar, sonra isə...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Suriyada “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması eks-prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin axtarışlarını davam etdirir.

Globalinfo.az xəbər verir ki, “The Times” Əsəd rejiminin ən rüşvətxor nümayəndələrindən biri kimi tanınan Mahir Əsədin sonuncu dəfə qardaşı ilə mübahisə edərkən görüldüyünü yazıb.

Məlumata görə, HTŞ-nin rəhbərliyindəki müxalif qruplar İdlib şəhərindən çıxıb, ölkənin cənubuna doğru yönəldikləri zaman Mahir Əsəd Dəməşqdə olub. Nəşr yazır ki, bəzi şahidlər onu sonuncu dəfə el-Mazzah hərbi aeroportunda qardaşı Bəşər Əsədlə mübahisə edərkən görüblər. Lakin bu məlumat hələ tam təsdiqlənməyib.

“The Times”ın məqaləsində qeyd olunur ki, Mahir Əsəd strateji əhəmiyyətli Homs bölgəsində son bir müdafiə xətti formalaşdırıb mübarizə aparmağı  planlaşdırıb. O, dekabrın 7-si səhər saatlarında qardaşına bu barədə məlumat verib. Lakin günortadan sonra Bəşər Əsədlə əlaqə saxlaya bilməyib və onu hava limanına qədər izləməyə başlayıb. Mahir Əsəd eks-prezidentin helikopterlə Hmeymimdəki rus bazasına getməyə çalışdığını görüb. Nəşr yazır ki, Suriya ordusunun komandirləri həmin an Əsədin hər kəsi ataraq qaçmağa çalışdığını anlayıblar. Mahir Əsəd bu səbəbdən qardaşı ilə mübahisə edib, lakin Bəşər Əsəd heç nəyə məhəl qoymayıb və ölkədən çıxıb.

İddialara görə, hökumət tam çökdükdən sonra M.Əsəd İraqa qaçıb. Lakin rəsmi Bağdad bu məlumatı təkzib edib. Onun da qardaşı kimi Rusiyaya getdiyinə dair fikirlər səsləndirilir.

Çevrilişdən sonra müxalif qüvvələr Mahirin də Dəməşqdəki evinə basqın ediblər. Malikənin altında böyük tunellər aşkarlanıb. Tunellərin ölçüsünün bir yük maşınının keçə biləcəyi qədər iri və geniş olduğu bildirilir. Tuneldə bəzi bağlı otaqlar və rəflər tapılıb.

M.Əsəd dövlət büdcəsindən ailə hesabına qeyri-qanuni pul köçürmələri etməkdə, ölkədəki narkotik dövriyyəsinə şərait yaratmaqda günahlandırılır. O, İrana yaxınlığı və amansızlığı ilə tanınır.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri