Icma.az
close
up
RU
Əsədi devirən ƏlCulani haqqında maraqlı faktlar DOSYE

Əsədi devirən ƏlCulani haqqında maraqlı faktlar DOSYE

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) Suriya müxalifətinin tanınmış liderlərindən biridir. Onun həyatı və fəaliyyəti çoxlu suallar doğurur və beynəlxalq media tərəfindən geniş şəkildə araşdırılıb.
Demokrat.az  Musavat.com-a istinadən Əl-Culaninin dosyesini təqdim edir: 
Əl-Culani 1982-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünyaya gəlib. 7 yaşına qədər burada yaşayan Əl-Culani sonra İraqa köçüb və həyatını burada davam etdirib.
2003-cü ildə İraqda "Əl-Qaidə"yə qoşularaq silahlı fəaliyyətə başlayıb.
Zindan həyatı
2006-cı ildə ABŞ silahlı qüvvələri tərəfindən həbs edilən Əl-Culani 2011-ci ilə qədər ABŞ-ın zindanında qalıb. Bu dövrdə onun həyatı və fəaliyyəti ilə bağlı məlumatların kifayət qədər qaranlıq məqamları mövcuddur.
Yeni təşkilat...
2012-ci ildə azadlığa çıxdıqdan sonra "Əl-Qaidə"nin Suriya bölməsi olan "Cəbhət ən-Nüsra"nı qurub. Bu qruplaşma qısa müddətdə Suriyanın Bəşər Əsədin nəzarət etmədiyi ərazilərində, xüsusilə İdlibdə ərazilər ələ keçirərək sürətlə genişlənib.
İdlibdə özünün gücünü artırmağa çalışan Əl-Culani həmin dövrlərdə bəyan edirdi ki, Suriyada "xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq".
2016-cı ildə Əl-Culani "Əl-Qaidə" ilə əlaqələrini qıraraq onun ideologiyasından imtina edib və özünə yeni tərəfdarlarla birlikdə "Cəbhət Fəth əş-Şam" təşkilatını qurub.
İranpərəst qüvvələrə qarşı mübarizə
2017-ci ildə Əl-Culani, İdlibdə "Həyat Təhrir əş-Şam" adlanan qruplaşmanı yaradıb. Bu qruplaşmanın əsas məqsədi İranpərəst qüvvələri Suriyadan çıxarmaq və Bəşər Əsədi devirmək idi.
Yeni strategiya
2021-ci ildə Əl-Culani, qrupun imicini yaxşılaşdırmaq məqsədilə bəyanat verərək bildirib ki, onların əsas məqsədi "İslam Dövləti" yaratmaq deyil, sadəcə Suriyanı azad etməkdir.
Özünü radikal islamçı hesab etmir
Əl-Culani özünü radikal islamçı kimi qəbul etmir. Onun idarə etdiyi ərazilərdə qeyri-adi qərarlar və fərqli yanaşmalar mövcuddur: qadınların hicab örtməməsinə, kişilərin isə siqaret çəkməsinə icazə verilir.
Bu addımlar Əl-Culaninin rəhbərlik etdiyi bölgələrdə fərqli bir idarəetmə modelini göstərir.
Son söz:
Əbu Muhəmməd Əl-Culaninin liderlik fəaliyyəti və yaratdığı təşkilatlar Suriyanın siyasi və hərbi münaqişələrinin bir hissəsi kimi geniş müzakirələrə səbəb olur. Suriyada baş verənlərdə onun strategiyaları, fikirləri və qərarları münaqişənin yönünü müəyyən edən əsas amillərdən biri kimi diqqət çəkir. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri