Icma.az
close
up
RU
“Əsədin generalları niyə qaçır? “HTŞ Talibanın yolunu gedir...” AzPolitika onlayn siyasiictimai qəzet

“Əsədin generalları niyə qaçır? “HTŞ Talibanın yolunu gedir...” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Heyət Tahrir eş-Şam” (HTŞ) Talibana bənzəməyə başlayıb. Taliban 1990-cı illərin ortalarında Əfqanıstanda fəallığını artıranda bu təşkilatın ölkənin tamamına nəzarət edəcəyi proqnozlaşdırılmırdı. Təşkilat qısa müddət ərzində gücləndi, sıraları genişləndi. Bu gün Əfqanıstanı Taliban təmsil edir”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Suriyada gedən prosesləri şərh edərkən bildirib.

“ABŞ belə nə qədər çalşsa da, Talibanı bitirə bilmədi, əksinə Əfqanıstanı bu təşkilata təhvil verərək ortadan sürüşdü”, - o, əlavə edib.

Ekspert xatırladır ki, dövlətlərin mütləq əksəriyyəti Talibanı terrorçu təşkilatlar siyahısına salmışdı, ancaq illər keçdikcə yanaşma dəyişdi. Onun sözlərinə görə, hazırda Talibanla əməkdaşlıq edənlərin sayı artıb, təşkilatla ikitərəfli və regional əməkdaşlıq mövzuları müzakirə edilir: “Azərbaycanın da Talibanla dialoqu var, səfirliyimiz Əfqanıstanda bərpa olunub, təşkilatın nümayəndələri Bakıda keçirilən COP29 tədbirində belə iştirak ediblər. HTŞ Suriyada irəliləməkdə davam edərsə, bu təşkilatla da hesablaşanların sayı artacaq”.

E.Şahinoğlu vurğulayır ki, HTŞ-i digər silahlı təşkilatlardan fərqləndirən önəmli amil qruplaşmanın Suriyadan kənarda fəaliyyət göstərməməsidir: “Misal üçün PKK və İŞİD kimi terrorçu təşkilatlar Suriyadan kənarda da terror əsdirir, partlayışlar törədirlər. HTŞ isə ancaq Suriyada savaşır. Buna baxmayaraq, nədən HTŞ bu qədər sürətlə irəliyə bilir? 30-40 minlik qüvvə ilə bu qədər şəhər və qəsəbəni neçə asanlıqla ələ keçirib? Bu məsələdə isə İraqla paralellər aparmaq mümkündür. ABŞ qoşunları 2003-cü ildə İraqa müdaxilə etdikdə müharibənin uzanacağı fikir mövcud idi. Ancaq Səddam Hüseynin ordusu savaşmadan şəhərləri və paytaxt Bağdadı ABŞ qoşunlarına təslim etdi. Yayılan xəbərlərə görə, ABŞ kəşfiyyatı Səddam Hüseynin generallarını pulla ələ almışdılar. İstisna deyil ki, Əsədin ordusundakı generallar da sabahlarını düşünərək şəhərlərdən geri çəkilirlər”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri