Icma.az
close
up
RU
Əsədin mətbuat katibi prezident sarayında baş verən son anlardan danışıb

Əsədin mətbuat katibi prezident sarayında baş verən son anlardan danışıb


Suriyanın devrilmiş prezidentinin mətbuat xidmətinin keçmiş direktoru Kamel Sakr “Əl Ərəbiyyə ” telekanalına müsahibəsində Bəşər Əsədin devrilməsindən əvvəl prezident sarayında baş verən son anların təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, Rusiya Bəşər Əsədin Hələbin süqutundan sonra Suriya ordusuna İranın hərbi yardımını ötürmək üçün Xmeymim bazasından istifadə etmək tələblərinə cavab verməyib.
Sakr Suriyadakı hərbi əməliyyatın son mərhələləri və sürətli irəliləyişindən də danışıb.
Sakrın sözlərinə görə, İraqın hava məkanından keçməklə Xmeymim istiqamətində hərəkət edən İran təyyarəsi ABŞ tərəfindən vurulmaqla hədələnib və geri qayıtmağa məcbur olub.
Türkiyə ilə münasibətlərin korlanmasına gəlincə, Sakr qeyd edib ki, Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib. Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Əsəd və Ərdoğan arasında görüş təşkil etməyə çalışsa da Suriyanın devrilmiş prezidenti buna razı olmayıb.
seeBaxış sayı:78
embedMənbə:https://yeniavaz.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri