Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əsədin yenidən Suriyada hakimiyyətə qayıtması mümkün görünmür ŞƏRH

Əsədin yenidən Suriyada hakimiyyətə qayıtması mümkün görünmür ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Tural İrfan: Burada əsas hədəf Türkiyədir

Suriyada baş verən proseslər göstərir ki, devrilmiş avtoritar rejimlərin siyasi səhnəyə yenidən qayıtmaq arzusu heç vaxt tam sönmür. Xüsusilə də uzun illər hakimiyyəti zor gücünə əlində saxlamış diktatura rejimləri üçün bu istək daha kəskin formada özünü göstərir. Bu kontekstdə Əsəd ailəsinin Suriyada yenidən hakimiyyətə qayıtmaqla bağlı cəhd və xülyaları həm regional, həm də beynəlxalq müstəvidə diqqətlə izlənən, lakin real perspektivdən uzaq olan bir proses kimi dəyərləndirilir.

Məsələ ilə bağlı 2024-cü ilin dekabrında hakimiyyət çevrilişindən sonra Rusiyaya qaçan Suriyanın keçmiş prezidenti Bəşər Əsədə yaxın generalların yeni planlar üzərində çalışdığına dair məlumatlar da yayılıb. “The New York Times” nəşrinin yazdığına görə, devrilmiş rejimin bəzi üzvləri xaricdə silahlı üsyan hərəkatı formalaşdırmağa hazırlaşır və bu yolla Suriyanın sahil bölgələrini ələ keçirməyi planlaşdırırlar. Bildirilir ki, bu prosesdə Suriya ordusunun 4-cü Diviziyasının keçmiş komandiri, 54 yaşlı Giyat Dalla əsas fiqurlardan biri kimi çıxış edir. Onun apreldə Livandan etdiyi və dinlənilmiş telefon danışığında tabeliyində olan şəxsə “Tam silahlanana qədər başlamayacağıq” deməsi, devrilmiş rejimin revanşist niyyətlərinin hələ də davam etdiyini göstərir.

Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a açıqlamasında Suriyada devrilmiş rejimin yenidən hakimiyyəti ələ keçirməklə bağlı xülyalara qapılmasının təəccüb doğurmadığını, əslində bunun, gözlənilən olduğunu söyləyib:

"Diktatura təfəkkürü elə bir mahiyyət daşıyır ki, hakimiyyət hərisliyi onların canından heç vaxt çıxmır. Əsəd ailəsi də bunun devrilmiş, lakin faktiki nümunələrindən biridir. Bu baxımdan, Amerika mətbuatında yayılan məlumatların nə vaxtsa real addımlarla öz doğruluğunu göstərməsi ehtimalı istisna edilmir. Ancaq böyük ehtimalla, hətta hakimiyyət çevrilişinə cəhd göstərsələr, yeni silahlı üsyanlar həyata keçirməyə çalışsalar belə, onların yenidən Suriyada hakimiyyətə qayıtması mümkün görünmür. Bunun birinci səbəbi ondan ibarətdir ki, Əsəd ailəsi heç vaxt legitim, xalqın dəstəklədiyi bir hakimiyyət olmayıb. Bu, silah gücü ilə formalaşmış bir iqtidar idi və elə silah gücü ilə də devrildi, tarixə qovuşdu. Faktiki olaraq Suriya xalqının böyük bir hissəsi Əsəd ailəsindən bezmişdi və onu istəmirdi. Hətta bir zamanlar onun getməsi üçün canları və qanları bahasına mübarizə aparırdılar".

Siyasətçi ikinci səbəbin beynəlxalq amillərlə bağlı olduğunu deyib: 

"Bu gün formalaşmış yeni reallıq nə ABŞ-yə, nə İsrailə, nə də Türkiyəyə imkan verər ki, Əsəd ailəsi yenidən qayıdıb Suriyada hansısa formada hakimiyyət qursun və ya anti-Türkiyə, anti-ABŞ, anti-İsrail mövqelərində dayansın. Bu səbəbdən də söhbət tamamilə xülyalardan ibarət bir məqsəddən gedir. Aydındır ki, Əsəd ailəsi və onun qalıqları əvvəlki hegemonluq dövrünü, hər şeyə sahib olduqları despot rejimi hələ də özləyirlər. Onlar həmin rejim üçün darıxır, yenidən Suriyada hakimiyyəti ələ keçirərək xalqın və dövlətin sərvətlərini talamaq, şəxsi maraqları naminə zənginləşmək istəyirlər. Lakin qeyd etdiyimiz kimi, bunlar sadəcə keçmişə bağlı nostalji və reallıqdan uzaq xülyalardır. Əsəd ailəsi və onun tör-töküntüləri bu xülyalardan xilas ola bilməsələr də, reallaşdırmaq istədikləri planların heç biri heç vaxt baş tutmayacaq".

Politoloq Tural İrfan isə Suriyanın keşmiş prezidenti Bəşşar əl Əsəd və onun qardaşı Mahir əl Əsədə bağlı terrorçu qrupların İranın və Rusiyanın dəstəyi ilə yeni əlaqələr qurub təxribat planları hazırladıqlarını qryd edib:

"Bu planlar ilk növbədə indiki Suriya hakimiyyətinə dəstək verən Türkiyənin maraqlarına qarşıdır. Əsəd ailəsinin İsraillə də əlaqələri var. Liviya hərbi qərargah rəisinin Türkiyədə təyyarə qəzasına uğraması, dünən İsrailin Livanın Bəqa vadisini bombalaması ilə bu gün Suriyanın Homs şəhərindəki İmam Əli məscidində törədilən terror hadisəsinin silsiləli şəkildə baş verməsi təsadüf deyil, əlaqəlidir. Türkiyəyə qarşı Yunanıstan və Yunan Kipri ilə hərbi ittifaqın qurulması cəhdi, habelə Suriyadakı silahlı separatçıların himayə edilərək orduya inteqrasiyasının qarşısının alınması Yaxın Şərqi yenidən müharibəyə sürükləməkdir. Burada əsas hədəf Türkiyədir. ABŞ-nin Qəzzada sülh planı hələ ki, maraqlarına uyğun inkişaf etmədiyi üçün icrası ləngidilir. Təxribat planlarının qarşısının alınması üçün Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir. Çünki Suriyada hakimiyyət dəyişsə də Livanda hakimiyyət xaosu və İranla İsrailin rəqabəti fonunda silahlı qüvvələrin aktiv təsiri mövcuddur. Yaranmış vəziyyətdən istifadə edən güclər Suriyada yenidən terror dalğaları yaradıb Türkiyəni bu yolla təxribata çəkmək istəyirlər". 

Analitik Əsəd ailəsinin Moskvada münbit şəraitdə təxribat xarakterli planlar qurduğunu və hakimiyyətin yenidən ələ keçirilib İsrailin istədiyini verməsi vədi ilə ölkədəki druz, ələvi, nuseyri, kürd separatçılarının dəstəyindən də istifadə etmək üçün danışıqlar aparıldığını vurğulayıb:

"Bu barədə ərəb mediyası geniş şəkildə yazır. Əsədin yenidən hakimiyyətə gətirilməsi üçün İranla Rusiyanın birgə fəaliyyəti ön plana çıxır. Burada da əsas hədəf Türkiyədir. İran və Rusiya yenidən hakimiyyətə qayıtması mümkün olmasa da belə təxribat və terror yolu ilə ən azından buna cəhd edib Suriyada yenidən xaosla bölgəyə daxil olmaq üçün əsas yaratmağa çalışırlar. Hazırda bir tərəfdən İsrail digər tərəfdən də Rusiya və İran Əsəd ailəsinin əli ilə Suriyada Türkiyənin varlığına son qoymağa çalışırlar. Əgər Əsəd ailəsinin sözü gedən üsyan planı baş tutarsa, ilk güllə atılan kimi İsrail Suriyanın 70 faizini iki günə işğal edəcək. Yerdə qalan hissədə də Druz və digər etnik qrupların varlığını sürdürməsi, İran və Rusiyanın maraqları üçün bölgənin ayrılması nəzərdə tutulur. Rusiyanın Əsədi geri verməməsi də yenidən çevriliş hazırlanması üçün vacibdir. Hazırda Əsəd ailəsinin adı ilə Suriyada Türkiyənin fəaliyyətinə qarşı böyük terror təşkilatı qurmaq üçün İsrail, Rusiya və İran arasında gizli danışıqların olması haqda da məlumatlar var. Çünki silahı yerə qoymaqdan imtina edən kürd separatçıları Suriyada sıxışdırılıb, onlara verilən vaxt başa çatıb". 

Ekspert Əsəd kontrolunda yenidən təşkilatlanmaq üçün İraqda qrup başçılarının toplanması haqda da məlumatların olduğunu bildirib:

"Hazırda Homsda şiə məscidin partladılması Suriyada yenidən məzhəb qarşıdurması, sünni-şiə qırğını yaymaq cəhdidir. Böyük ehtimalla indi İran və Suriyanın şiə liderləri Suriya hakimiyyətini günahlandırmağa başlayacaq. Onlar da sünni məscidinin partladılmasına İran mollalarında gizli fətva imzaladacaqlar. Türkiyə təkbaşına mübarizə aparır. Eyni zamanda Suriyanı, Livanı və bütün bölgəni İsrail, Rusiya, İran və silahlı dəstələrdən qorumaq çətindir, ABŞ-nin dəstəyi də İsrailin maraqlarından yanadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri