Icma.az
close
up
RU
Əsədovun islam dünyasına mesajı Bakı bir daha elan etdi

Əsədovun islam dünyasına mesajı Bakı bir daha elan etdi

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bölgədəki gərgin situasiyanın dərin narahatlıq doğurduğunu bildirib.

Əsədov deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb:

“İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir.

Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərib. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb”.

Baş nazirin bu sözləri prinsipcə Azərbaycanın Fələstin və Livandakı vəziyyətə real baxışıdır.

Təəssüf ki, Azərbaycanın Yaxın Şərq siyasəti bir çox hallarda düzgün qiymətləndirilmir. Hətta buna görə cənub qonşumuz İran əsassız olaraq ittihamlar səsləndirilir. Rəsmi Bakı münaqişələrin həllində hər zaman beynəlxalq hüququ və diplomatiyanı əsas götürür. Azərbaycan digər münaqişələr kimi, Fələstin məsələsində də bu prinsipi əsas götürür.

Baş nazirin dediklərindən bir daha aydın olur ki, Azərbaycan Yaxın Şərq regionunu izləyir, zəruri vəziyyətdə humanitar yardımlar edir. İsrailin Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar antiterror olsa da, Təl-Əvivin tətbiq etdiyi metodlar müharibə cinayətlərinə gətirib çıxarır. Müqayisə üçün deyim ki, Azərbaycan da Qarabağda lokal xarakterli antiterror əməliyyatları həyata keçirib, lakin mülki şəxslərin zərər görməməsi üçün bütün tədbirləri alıb.

İsrail Azərbaycanın strateji tərəfdaşı olsa da, ölkəmiz müsəlman coğrafiyasının mühüm parçasıdır. Azərbaycan İsrailin özünün təhlükəsizliyini qoruma haqqına hörmət etsə də, dindaşlarının da haqsız ölümünə səssiz qalmır. Eyni şəkildə rəsmi Bakı Yaxın Şərqdə din əsaslı silahlı mübarizəni, habelə “cihadçılıq”, radikal islamı ideologiyaları da dəstəkləmir.

Turan Rzayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri