Icma.az
close
up
RU
Əsədovun “kənd məktəbi” söhbətinə SƏRT REAKSİYA: “Hər ağlına gələni demək…” KONKRET

Əsədovun “kənd məktəbi” söhbətinə SƏRT REAKSİYA: “Hər ağlına gələni demək…” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiyadan kəsilən müəllimlər kənd məktəblərinə göndərilsə, daha yaxşı olar. Ekspertin bu fikiri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar bunu kəndlərdə təhsil alan şagirdlərə qarşı həqarət kimi xarakterizə ediblər. Bəs görəsən, ekspertin bu təklifi ilə bağlı digər mütəxəssislər nə düşünür? Ümumiyyətlə, sertifikasiyadan kəsilən müəllimlərin kənd məktəblərinə göndərilməsi nə dərəcədə doğru olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sertifikasiya prosesi ümumiyyətlə müasir dövrün çağrışıdır. Yəni, hal-hazırda təhsil sistemində çalışan pedaqoji heyətin çağrışlara cavab verməsi tələb olunur. Nazirlər Kabinetinin qərarı əsasında təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Qeyd edim ki, ölkəmizdə hal-hazırda 4400-dən çox təhsil müəsissəsi, 160 minə yaxın təhsil müəssisəsində müəllim fəaliyyət göstərir. Onların da əlbəttə ki, ixtias, fənn olaraq bilik və bacarıqları yoxlanılmalıdır.

“Təəssüfləndirici məqam ondan ibarətdir ki, sertifikasiya prosesində minimal bal tələbinə, yəni 31 bal həddinə qədər nəticə göstərməyən müəllimlər prosesdən kənarda qalıblar. Belə ki, ən sadə sualları müəllimlər cavablandıra bilməyiblər. Onların əmək müqavilələrinə xitam verilib Elm və Təhsil Nazirliyi tərəfindən və Nazirlər Kabinetinin müvafiq qərarı əsasənında sertifikasiya prosesindən keçə bilməyənlər üçün əlavə şans da tanınır. Yəni bir il sonra onlar təkrar imtahan verə bilirlər. Çox təəssüf ki, həmin o şansdan da birinci mərhələdə kəsilən müəllimlər istifadə edə bilmirlər. Uşaqlar isə onların verdikləri yanlış biliklər səbəbindən bir növ yararsızlaşır. Yanlış bilgilər şagirdləri təhsil prosesində müvafiq bilik və bacarıqları mənimsəməsinə mane olur. Buna baxmayaraq Elm və Təhsil naziri tərəfindən bəzi qərarlar alınır. Hansı ki, prosesdən keçə bilməyən müəllimlərin bəziləri müvafiq təhsil müəssiələrində pedaqoji istiqamətdə deyil, qeyri pedaqoji sahələrdə işlərə cəlb olunurlar. Bu da ən azından müsbət dəyər kimi qiymətləndirilə bilər. Amma həmin şəxslərin kənd məktəblərinə göndərilməsi ilə bağlı səsləndirilən fikir doğru deyil. Əgər müəllimləri təkminləşdirmək ,inkişaf etdirmək istəyiriksə, onları müvafiq təlimlərə cəlb etmək olar. Kənd məktəbində çatışmazlıq varsa, boşluqları doldurmaq üçün müəllimlərin işə qəbulu zamanı müəyyən stimullaşdırıcı qərarlar almaq olar. Məsələn, ucqar məktəbdə çalışmaq istəyən müəllim üçün xüsusi imtiyazlar tanımalıyıq. Çox şəxslər gedib orada çalışa bilərlər. Düzdür hər il müşahidə edirik ki, müəllimlərin işə qəbul imtahanından sonra boş yerlər çox qalır. Əsasən də ucqar kənd məktəblərində bu hallar müşahidə olunur. Belə olduğu təqdirdə o yerləri doldurmaq üçün stimullaşdırıcı qərarlar qəbul etmək lazımdır. Əmək haqqı artımı, komunal xidmətlərdən azad etmək, kredit, ipoteka güzəştləri və digər addımlar atılarsa, o zaman ucqar kəndlərə getmək istəyənlərin sayı çoxalar. Ama o boş yerləri sertifikasiyadan kəsilmiş müəllimlərlə doldurmaq doğru deyil. Bu, artıq kənd, rayon məktəblisinin hüquqlarını tapdalamaq anlamına gəlir.“

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Kamran Əsədovun bu fikrini onun subyektiv yanaşması kimi normal hesab edir.

“Ancaq şəxsən mən səsləndirilən fikirlə qətiyyən razı deyiləm. Birincisi şəhərdə, kənddə oxuyan şagird də bizimdir. Əksinə, mənə qalsa, bu gün bizim kənd məktəblərində işləyən müəllimlər daha güclü, iradəli, innovativ baxışlara malik olmalıdırlar. Bu dəqiqə bizim kəndlərdə elə fədakar müəllimlərimiz var ki, onlar innovativ yanaşmalarına, intellektlərinə, pedaqoji-metodiki biliklərinə, ümumi dünya görüşlərinə görə heç də şəhərdəki müəllimlərdən geri qalmır. Hətta bəzi müəllimlər bir sıra məqamlarda onları üstələyirlər. Bu gün bizim rayon məktəblərinin göstəriciləri ilə şəhər məktəbələrinin göstəriciləri arasında o qədər kəskin fərq yoxdur. Dövlət İmtahan Mərkəzinin hər il açıqladığı buraxılış imtahanları ilə bağlı elmi statistik təhlillərdə də siz bunu asanlıqla görə bilərsiniz. Yalnız texniki imkanlara görə bəzi kənd məktəbində işləyənlər şəhər məktəbində çalışanlardan geri qalır. O da hamıya aid deyil. Bu gün kənd məktəblərində işləyən elə müəllimlər var ki, onların sosial aktivitləri, təlimlərdə iştirakları, ümumiyyətlə, faydalı iş əmsalları şəhər məktəblərini qabaqlayır.“

Ekspertin sözlərinə görə, fərdi yanaşmaq o demək deyil ki, durub hər ağlından keçəni deyəsən. Bir limit, qırmızı xətt, stop nöqtəsi olmalıdır. Amma bəzi detallar və yanaşmalar var ki, bunu insanın subyektiv fikri kimi normal qəbul etmək lazımdır. Bunu problem kimi qabartmaq, ümumi təhsilin bəlası kimi qeyd etmək yolverilməzdir. Lakin biz həmin şəxslərə də bir söz deyə bilmərik. Bu cür sağlam tənqid və ən əsası təhsil müzakirəsi təhsilin xeyrinədir. Çox istəyirəm ki, bu həmkarımız tərəfindən deyilən fikir yalnız təhsil müstəvisində qalsın. Kənd və şəhər bölgüsünə gedib çıxmasın. Amma təəssüf edirəm ki, artıq böyük səhifələrdə, qruplarda bu məsələ təhsil müstəvisindən çıxıb”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri