Icma.az
close
up
RU
Əsərləri yüzdən çox dilə tərcümə edilən uşaqların sevimli yazıçısı

Əsərləri yüzdən çox dilə tərcümə edilən uşaqların sevimli yazıçısı

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün İsveç yazıçısı Astridin Lindqren doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında materialı təqdim edir.

Həyatı uşaq kimi yaşamaq mümkündürmü? Əgər adın Astrid Lindqrendirsə, bəli, mümkündür. 1907-ci ildə Vimmerbi adlı balaca bir İsveç şəhərində doğulan bu xanım uşaq kimi yaşamağın yolunu tapmışdı. Ətrafı oyunla, macərayla dolu idi deyə onun kitablarındakı kənd həyatı nə uydurma, nə də nostalgiya təsiri bağışlayırdı. Lindqren uşaqlığını heç vaxt itirməmişdi və bəlkə də, məhz buna görə milyonlarla uşağın və böyüyün qəhrəmanına çevrilmişdi.

Gənc yaşlarında qəzetdə katibə kimi işə başlaması təsadüf deyildi. Qəzet redaksiyası ona həm intizamı öyrətdi, həm də sözün gücünü. O dövrdə heç kim bu katibənin sonradan dünyanın ən məşhur uşaq yazıçılarından birinə çevriləcəyini təxmin etmirdi. Amma o, hər gün işdən sonra gizlicə yazırdı.

Evindəki kiçik bacı-qardaşlarına nağıl danışa-danışa böyüyən Lindqren hələ o vaxt fantaziyanın sərhədsiz olduğunu bilirdi. Uydurduğu hekayələrin əksəriyyəti sonradan kitablarında yer alacaqdı. Məsələn, Pippi Uzuncorab. Karen adlı qızı xəstə olanda ondan "Pippi" adında qız haqqında hekayə danışmasını istəyir. Adı uyduran qızı idi, hekayəni böyüdən isə anası.

Pippi İsveç cəmiyyətində partlayış effekti yaratdı. Bir tərəf Pippini tərbiyəsiz, digər tərəf azad fikirli adlandırırdı. Pippi sadəcə Astridin uşaqlıqdan gələn daxili azadlığının ədəbi forması idi. O, bilirdi ki, uşaqlar azad doğulur, böyüklər isə bu azadlığı tədricən onların əlindən alırlar.

Müharibə illərində Lindqren dövlət idarəsində məktubları oxuyurdu. İnsanların acısını, itkilərini, tərəddüdlərini, qorxularını... Həmin məktublar onun ruhuna hopmuşdu. “Müharibə gündəlikləri” bu ağrının yazıya çevrilmiş formasıdır.

Kənd həyatı müəllifin əsərlərində təkcə dekor deyil. “Emil” kimi obrazlar uşaqlığın səmimiyyətini, kəndin təmizliyini təmsil edir. Fantaziya isə Lindqrenin ən sevdiyi oyun meydanı idi. O, sehrlə gerçəkliyin sərhədini bilərəkdən pozurdu. Oxucu buna həm inanır, həm də heyrət edirdi.

Astrid yalnız uşaqlar üçün yazmırdı. Heyvanların hüququnu müdafiə edir, İsveçin vergi sistemini tənqid atəşinə tutur, sosial məsələlərdə açıq mövqe göstərirdi. “Pomperipossa” (İsveç xalq nağıllarındakı qəribə, şıltaq, sehrli qoca qadın obrazını xatırladan ad -red.) məqaləsi İsveçdə siyasi təkan yaratmışdı.

Kitablarının yüzdən çox dilə tərcümə edilməsi təsadüf deyil. Onun yaratdığı qadın obrazları – xüsusilə, Ronya – illər sonra feminist ədəbiyyatın müzakirə mövzusuna çevrildi. Çünki Lindqren qadınları güclü, sərbəst və öz ayaqları üstə dayanmağı bacaran şəkildə təsvir edirdi. Məhz özü də belə bir qadın idi.

Onun sadə yazı üslubu uşaqlardan bəhs etsə də, böyüklərə dərs verirdi. Uşaqların dili, əslində, gerçəkliyi ən kəskin şəkildə göstərən dildir. Lindqren bunu çox yaxşı bilirdi. Buna görə əsərləri həm böyüyə, həm uşağa eyni gücdə təsir edir, insanın içindəki ən təmiz hissləri oyadırdı.

1990-larda aldığı beynəlxalq mükafatlar, İsveç hökumətinin onu “milli dəyər” elan etməsi , - bütün bunlar onun dünya ədəbiyyatındakı yerini təsdiqləyir. 2002-ci ildə vəfat edəndə ölkədə matəm elan olunması isə bir yazıçının millət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Onun tabutu üzərinə Pippinin şarı qoyulmuşdu.

Astrid Lindqren öldükdən sonra belə bizimlədir. Çünki o, uşaqlığın dilində danışmağı bacardı. Biz bu dili itirəndə həmin kitablara sığınırıq.

Hər dəfə Pippi kimi masanın üstə çıxıb ayağınızı yelləmək istəyəndə bilin ki, içinizdə hələ də Astridin yaratdığı uşaq yaşayır.

Yadigar Muradovun son vəziyyəti - Açıqlama “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası baş tutdu Ramiz Quliyevlə vida mərasimi keçirilir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri