Əsgəran Xocalı Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, 14,1 kilometr uzunluğunda olan və I texniki dərəcəyə uyğun inşa edilən avtomobil yolu Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək. Yolun torpaq yatağının eni ərazinin relyefindən asılı olaraq 26,5 metrədək dəyişir.
"Layihə çərçivəsində torpaq işləri tam yekunlaşdırılıb və yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Bununla yanaşı, yolboyu layihələndirilən 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, həmçinin 14 avtobus dayanacağının quraşdırılması işləri tam başa çatdırılıb",-deyə AAYDA-nın Mətbuat xidmətindən qeyd edilib.
Bildirilib ki, hazırda layihə üzrə ümumi icra səviyyəsi 86 faiz təşkil edir.
"Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, eləcə də kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək",-deyə AAYDA-nın Mətbuat xidmətindən əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















