Əsgəranda avtomobil inəyi vurdu, sahibi cərimələndi
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Xocalıda avtomobil mal-qaranı vurub.
Lent.az xəbər verir ki, hadisə Əsgəran qəsəbəsində qeydə alınıb.
Şirkətlərdən birinə məxsus olan “Hyundai Matrix” avtomobili qəsəbə ərazisində hərəkətdə olarkən 1 ədəd inəyi vurub. Nəticədə minik vasitəsinə 3545 manat ziyan dəyib. Faktla bağlı mal-qaranın nəzarətsiz qoyan 34 yaşlı şəxs barəsində müvafiq protokol tərtib olunub.
Həmin şəxsin sözlərinə görə, hadisə olan günü 5 ədəd mal-qarasını dağlıq əraziyə otlamağa buraxıb. Sonradan heyvanları yoxa çıxıb və xeyli axtarsa da, birini tapa bilməyib. Gecə saat 22 radələrində ona heyvanlardan birinin avtomobillə vurulması deyilib. O, heyvanları nəzarətsiz qoyduğu üçün peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 100 manat məbləğində inzibati qaydada cərimələnib.
Baxış sayı:53
Bu xəbər 09 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















