Əsgərimizə tapança tuşlayan erməniyə cinayət işi açıldı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sünik (Zəngəzur-red.) Gorus bölgəsində Azərbaycan əsgərlərinə pnevmatik tapança tuşlayan erməni gəncə qarşı cinayət işi başlanıb,
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bir neçə həftə əvvəl Gorus icmasında Azərbaycanla sərhəddə gərginlik yaşandığına dair polisə zəng daxil olub. Məlumata görə, “Nissan” markalı avtomobillə Dığ kəndində sərhəd xəttindən keçən 32 yaşlı erməni Azərbaycan əsgərlərinə silah tuşlayıb. O, əsəbiləşərək tapança çıxardığını və sərhəddəki əsgərləri hədəfə aldığını deyib.
Polis məlumata əsasən araşdırma aparıb və faktla bağlı Sünik Rayon İstintaq İdarəsində cinayət işi başlanıb.
Hazırda ibtidai istintaqın davam etdiyi və cinayət işi çərçivəsində hələlik heç kimin həbs olunmadığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 İyun 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















