Icma.az
close
up
RU
...Əsgərini xilas etdi

...Əsgərini xilas etdi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Özü isə şəhid olan Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyanda dünyaya göz açıb. Şəhərdəki 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Murovdağda hərbi xidmət keçib.

Gənc zabit müxtəlif vaxtlarda İraqda sülhməramlı qüvvələrin sıralarında, Müdafiə Nazirliyinin Təlim – Tədris Mərkəzində bölük komandiri kimi qulluq edib. 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə isə Tərtərdəki hərbi hissələrin birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Aprel döyüşlərində iştirak etdikdən sonra 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılıb.

Vətən müharibəsi başlayandan sonra könüllü döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən ağır savaşların iştirakçısı olub. Belə döyüşlərin birində top mərmisinin partlayışı nəticəsində şəhadətə yüksəlib.

Vidadi Əhmədovun həyat yoldaşı Zəhra xanım deyir: - Vidadi vətənpərvər, Vətəni canından artıq istəyən hərbçi idi. Uşaqları da vətənpərvərlik ruhunda tərbiyə edirdi. Ətrafda baş verənlərə çox soyuqqanlı görünməyə çalışsa da, bir dəfə evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general Polad Həşimov şəhid olmuşdu o gün. Oktyabr ayının 5-də zəng vurub dedi ki, sizinlə bir müddət əlaqə saxlaya bilməyəcəyəm, narahat olmayın – irəliyə gedirik...

Həmişə deyirdi ki, qorxma, düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Yalnız göydən yanıma nəsə atılsa, o an həlak ola bilərəm. Elə belə də oldu...Vidadi düşmənin top atəşi nəticəsində oktyabr ayının 8-də şəhid oldu.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Vidadi Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Müşfiq CƏFƏROV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri