Icma.az
close
up
RU
Eşitmə qabiliyyətini necə qoruyaq...

Eşitmə qabiliyyətini necə qoruyaq...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Müasir dövrümüzdə demək olar ki, hər bir yeniyetmə MP3 pleyerlərin qulaqlıqlarından istifadə edir.

Məhz bu cihazlar gələcəkdə eşitmə qabiliyyəti üçün mənfi təsir göstərir. Bu rəqəmsal format üçün istifadə olunan səs yığımı alqoritmi, qulaqları çox yorur. Müəyyən zamanadan sonra insana elə gəlir ki, ilk dəfə təyin olunmuş səsin ucalığı kifayət qədər deyil və getdikcə səsin səviyyəsini yüksəltməyə davam edir. Bu proses sonda eşitməni daha da zəiflədir.

Avropada MP3 pleyerlərin istifadəsi daha öncə başladığından, artıq ciddi tibbi normalar təyin olunub. İstehsalçıya  səsi 100 desibeldən yüksək olan aparatın istehsalı tövsiyə olunmur.  Bu kimi cihazlararın (Mp3 pleyerlər)  üzərində "Ehtiyyatlı olun, sağlamlığınıza ziyandır" kəlməsi yazılmadığından, bu problemlərlə qarşılaşan uşaq və yeniyetmələlərin valideynləri maraqlanmalıdır.

Musiqi  qulaqlıqlar vasitəsilə dinləndikdə, qulağa olan təsirini aydınlatmaq üçün misal gətiririk: havaya qalxarkən təyyarənin çıxartdığı səs - 130 desibel, göy gürultusu - 110 desibel, qatar - 90 desibel yüksəkliyində səs çıxardır. Çox hallarda uşaqlar musiqiyə, bu parametrləri keçən yüksəklikdə qulaq asırlar. Həkimlər iddia edirlər ki, səs 80 desibeli keçdikdə təhlükəli sayılır. Qulaq,  bu səviyyədə,  hər gün rastlaşdığımız küçə həyatı və ya otkəsən maşının səsini müəyyən müddətlik idarə edə bilər, lakin hər gün qulaqlıqda saatlarla sərt ritmli musiqiyə qulaq asdıqda, yaxın zamanda eştmə qabiliyyətinin nə vəziyyətə düşəcəyi məlumdur.

İnsanın eşitmə apparatı çox incədir. Səsin gücü 80 desibeldən yüksək olduqda, orta qulaqda yerləşən sinir çıxıntıları hissiyatı itirir.Yarı hissəsi hissiyatı itirdikdə bu o qədər hiss olunmur, lakin yarıdan çox hisəsi olduqda insan artıq yarpaqların xışıltısı, arıların səsi kimi səsləri eştməkdən məhrum olur. 30000 çıxıntının hamısının hissiyatı itirldikdə isə insan təmamilə səs eşitmir.

Təbii ki, hər bir orqanizm individual olduğundan , hər birimizin bu ziyanlı təsirə müdafiə gücü də fərqlidir. Lakin, ümüumi tendensiya belədir ki, bugünün 15 yaşlıları eşitmə qabiliyyətinə bu qədər ziyan vurub, ehtiyyatlı davranmasa, 30 yaşa çatdıqda bu hissi itirmək təhlükəsindədirlər.

Nəzərə alın ki, son 100 ildə böyük şəhərlərdə gündəlik səsin səviyyəsi 7 dəfə artıb. Bununla bərabər qulaqlara əlavə yüksək səslə ziyan vurmaq nəinki eşitmə qabiliyyətinə həmçinin bütün orqanizmə ziyanlıdır. Uzun müddətli yüksək səsin təsiri zamanı,  baş beyin qabığının hüceyrələri həddən artıq həyəcanlanır (qızğınlaşır), bu isə onun iş qabiliyyətini pozur. Bu isə öz növbəsində həm eşitmənin dəqiqiyini azaldır, həm də  orqanizmin tez qocalasına səbəb olur.

Artıq neçə ildir ki, Amerikanın neyrocərrahları pop musiqiyə qulaq asan yeniyetmələrin əziyyət çəkdiyi ritmik toksikoz xəstəliyini tədqiq edirlər. Onların fikrinə görə məhz klassik musiqi hər bir insan üçün münasib sayılır. Bunun səbəbi odur ki, bu melodiyalarda təbii bioloji ritmlər nəzərə alınıb. Mosart, Vivaldı və Baxın bir çox əsərləri  ürək döyüntüsünə uyğun olan ritmə malikdirlər. Bu 1 dəqiqədə 60 zərbə  (vuruş) sayılır. Bu musiqilər immun sistemi zədələmir və eşitmə qabiliyyətinə ziyan vurmur, əksinə bu musiqini dinlədikdə qulaq pərdəsinin elastikliyi qorunur.

Çalışın sağlamlığınız üçün təhlükəli olan ziyanlı vərdişlərdən uzaq olun...

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri