Eskişehir Azərbaycanlılar Dərnəyinin toplantısı keçirildi: Şəhidlərimiz yad edildi
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Dərnək 2025-2026-cı tədris ili çərçivəsində ilk toplantısını 27 Sentyabr-Anım Günündə keçirib.
Öz fəaliyyətində hər zaman müsbət mənada fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) daha bir yaddaqalan addım atıb. Belə ki, Dərnəyin 2025-2026-cı tədris ili çərçivəsində ilk toplantısı 27 Sentyabr- Anım Günündə keçirilib.
Bu barədə Dərnəkdən məlumat verilib.
Məlumatda deyilir ki, Anadolu Universitetinin Öyrənci Mərkəzinin Yunus Emre zalında keçirilən toplantı iki hissədən ibarət olub. Toplantının birinci yarısında şəhidlərin əziz xatirəsi yad edilib və tarixi Zəfərlə bağlı videofilm təqdim olunub. Həmçinin müharibə zamanı Azərbaycan dövlətinin, xalqının və ordusunun əldə etdiyi uğurlar, gənc övladlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.
Görüşün ikinci hissəsində Eskişehir Azərbaycanlılar Dərnəyi rəhbəri Cavid Aydın çıxış edərək dərnəyin yeni dövr üçün fəaliyyət prinsipləri, iş qrafiki və planları müzakirə edilib. Eyni zamanda yeni Gənclik qollarının formalaşdırılması, fəaliyyətində əsas götürəcəyi meyarlar və fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, EsAzDer İdarə Heyətinin sentyabrın 15-də keçirilən iclasında Dərnəyin yeni Gənclik Qolları başqanı təyin olunub. Bu, Qarabağ müharibəsinin iştirakçısı, Anadolu Universitetinin Hüquq fakultəsinin tələbəsi Əlirza Əlirzayevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 30 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















