Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

ƏSL FƏDAKAR MÜƏLLİMDİR Əhsən Rəhmanlı yazır

ƏSL FƏDAKAR MÜƏLLİMDİR Əhsən Rəhmanlı yazır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

O, yaşca bizdən çox kiçikdir. Odur ki, yaxşı musiqiçi olsa da, zamanında deyil, onu xeyli sonralar tanımışam. Tanıdığım andan indiyə qədər onunla daim səmimi, xoş münasibətdəyik və yaxşı həmsöhbətik. Təbii ki, söhbətlərimiz, dialoqlarımız daha çox Azərbaycan qarmon sənəti və onun tədrisi ilə bağlı olur.

Vüsal Süleyman oğlu Qəhrəmanov 1982-ci il iyunun 28-də Bakıda dünyaya gəlib. Ata sürücü, ana evdar qadın olub. Bu ailədə bir qız və bir oğul övladı böyüyüb.

 Vüsal 1989-1999-cu illərdə Bakı şəhəri Nizami rayonu 12 saylı tam orta məktəbdə oxuyub. Əmircan qəsəbəsində yerləşən 3 nömrəli uşaq incəsənət məktəbinin 5 illik qarmon sinfində təhsil alıb. İxtisas müəllimi Vəzifə xanım sevimli şagirdinin əsl musiqiçi kimi yetişəcəyinə inanıb və böyük ümid bəsləyib. Odur ki, o, Vüsala qarşı daha məsuliyyətli olaraq onunla dərs saatlarında daha tələbkarlıq göstərib. Vüsal tədris illərində hər sinfin proqramını layiqincə yerinə yetirər, qammalar, etüdlər, not əsərləri, bəstəkarların mahnıları, xalq oyun havaları və muğamları tələbata uyğun olaraq təhvil verərdi. İxtisas müəllimi onunla ən çətin əsərlər üzərində işləyirdi. Vüsal sinifləri adladıqca, bütün tapşırıqları, hətta əlavələri belə yerinə yetirməyi bacardıqca sürətlə irəliləyir və bütün ümidləri doğruldurdu. Bəli, bəli, bu həqiqətən beləydi. Vüsalın valideynləri sadə insanlar olsalar da, övladların təlim-tərbiyəsinə ciddi nəzarət yetirir, onların gələcək həyatı üçün çalışır və məsuliyyət daşıyırdılar. Vüsalın evdəki qarmon məşqlərinə də yad deyildilər, daim diqqət göstərir, dinləyir və bu işin davamiyyəti üçün onda həvəs oyadırdılar. “Kazan” şagird qarmonu bu sənət üzrə dərs alan bütün uşaqlar kimi Vüsalın da sevimli çalğı aləti və dostu idi. O, öz qarmonu ilə səliqəli davranır və qoruyurdu. Peşəkar sənətkarlara aid qarmon alana qədər “Kazan” ona sədaqətli yoldaş idi. Odur ki, qarmonu onun əlindən, dizinin üstündən düşməzdi. Sonralar, illər ötdükcə Vüsalın da bir-birindən daha üstün üç-dörd qarmonları olub.

    Hamımız kimi Vüsal da ifasını daha möhkəmləndirsin deyə özfəaliyyət ansambllardan qanadlanıb. O, 1996-1997-ci illərdə Zəngi liseyində tarzən Bayramın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalırdı. 1997-1998-ci illərdə Nizami rayon uşaq yaradıcılıq (hazırda inkişaf) mərkəzində tarzən Abutalıb müəllimin məktəblilərdən ibarət özfəaliyyət xalq çalğı alətləri ansamblının üzvü olaraq inkişafa qədəm qoymaqdaydı. Vüsal Qəhrəmanov hər iki ansamblda çox şey öyrənmiş, püxtələşmiş və sənətə həvəsi daha da güclənmişdi. Bayram da, Abutalıb da instrumental melidiyalarda ona mütləq solo ayırır və konsertlərdəki çıxışlarından məmnun olurdular.

    V.Qəhrəmanov “Qönçə” uşaq festivalında uğurla çıxış edərək birinci yeri tutub.

    Demək lazımdır ki, Vüsal orta məktəb dərslərini də yaxşı oxuyurdu. Ali məktəbə daxil olmaq məsələsində qərar qəbul etmək nə valideynlər, nə də Vüsal üçün çətin olmadı. Vüsal uşaqlıqda və ilk gənclik illərində musiqi ilə məşğıul olaraq artıq özü üçün peşə qazanmaqdaydı. Özünə nəticə çıxarmışdı ki, musiqi sənəti üzrə irəliləsin. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi fakültəsində xalq çalğı alətləri orkestrinin bədii rəhbəri-dirijor ixtisası üzrə oxuyub. Burada qarmon sənəti üzrə təhsil alıb. İxtisas müəllimi dosent, əməkdar artist Sərxan Abıyev olub. Vüsal oxuduğu təhsil müəssisəsində keçirilən bütün bədii-kütləvi tədbirlər, bu xətlə başqa tədris ocaqlarında təşkil olunan konsertlərdə universitetin xalq çalğı alətləri ansamblının tərkibində müəllim və tələbə müğənniləri müşayiət edib. Bundan başqa o, ADMİU-nun kafedra konsertlərində fortepiano müşayiətilə bəstəkar əsərlərini və ritm alətləri ilə instrumental melodiyaları ifa edirdi. Universitetdə dərs deyən titullu xanəndələrin, professor-müəllim heyətinin başqa məkanlarda, TV və radio verilişlərində çıxışlarını, muğamlar, təsniflər, xalq, aşıq, bəstəkar mahnılarını ansambl tərkibində və solo hissələrlə müşayiət etmişdir. Nəticə onun tam peşəkar ifaçı kimi yetişməsi üçün imkan yaratmışdır.

    V.Qəhrəmanov 2021-2023-cü illərdə magistr təhsili də alaraq çox uğurlu nəticə əldə etmişdir. O, ADMİU-nun musiqi fakültəsində  “Musiqişünaslıq və musiqi tənqidi” ixtisası üzrə  müdafiə etmişdir.   

    Bütünlükdə götürdükdə V.Qəhrəmanovun ali təhsil illəri uğurlu, sanballı olaraq onun əsl mütəxəssis, ixtisaslı kadr kimi yetişməsi üçün tam imkan və şərait yaratmışdır. Əlbəttə, bu işdə onun savadı, dərin biliyi, dünyagörüşü, sənətə, elmə, incəsənətə xüsusi vurğunluğunun və özünə qarşı tələbkarlığının də böyük təkanı olmuşdur.             

Vüsalın ifaçılığına gəldikdə buna xüsusi dəyər verilməlidir. O, tam mükəmməl qarmon ifaçısıdır. Azərbaycan qarmon sənətinə xas olan bütün məziyyətlər-texniki imkanlar, zərifliklər, incə nüanslar, bər-bəzəklər, xırdalıqlar və digər bütün üstün cəhətlər onun ifaçılığında daim özünü göstərməkdədir.

     Sual:-İlk illərdə hər kəs böyük sənətkarlardan öyrənir. Sizdə necə?

     -Uşaqlıq və gəncliyimdə əvvəllər Zakir Mirzəyevin, sonra Avtandil İsrafilovun və Ənvər Sadıqovun ifalarını dinləyərək onların sənətindən bəhrələnmiş və öyrənmişəm. Hər birinin çalğısında fərqli cəhətlər var. Bu xüsusiyyətlər mənim ifaçılığımın forrmalaşmasına böyük təkan verdi.

      V.Qəhrəmanov 2006-cı ildən Bakı şəhəri Gözdən Əlil Uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin qarmon sinfində dərs deyir. İndiyə qədər onun bu məktəbdə uğurlu yetirmələri olub.

Burada haşiyə çıxaraq danışmasaq, günah olar. Əslində gözdən əlil uşaqlara dərs deyərək onlara musiqi təlimi vermək dəyərli, şərəfli, fərəhli olduğu qədər də çox çətin, əslində həddən artıq əziyyətli işdir. Dünya işığından məhrum olan, oğlanlı, qızlı belə uşaqların, kövrək qəlblərini əla almaq, ruhən sağlamlıq bəxş etmək üçün onların titrək əllərindən tutub çalğı alətlərinin səs pərdələri üzərində gəzdirib ifa qaydaları öyrədərək sevindirmək ən layiqli iş deyilmi? Xırda bir nüansdan, xoşa gəlməz səsdən, sözdən, kobud rəftardan inciyərək qəlbi parçalana, küsərək taleyindən, həyatdan küsə və incik düşə bilən belə uşaqlara diqqət, qayğıdan başqa, onlara dərin məhəbbət lazımdır. Həmin uşaqların ürəkləri çox həssas, qəlbləri incə və duyğuları nəcibliklə dolu olur. Onları sevərək əzizləmək gərəkdir ki, barmaqları həssas qəlblərinin, zərif duyğularının təsiri ilə alətlərə toxuna, musiqi öyrənə və bu incə sənətə yiyələnə bilsinlər. Gözdən əlillərə "qəlbi rövşən" deyirlər, yəni ürəyi işıqlı. Görmə qabiliyyətindən məhrum olan belə insanların hissiyyatı güclü, daxili aləmi işıqlı olur. Onları incitmək, qəlbinə dəyməklə ürəyinin işığını söndürmək olmaz. Bu barədə orada çalışan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Vüsal müəllim belələrindəndir. O, yüksək mədəniyyətə, böyük ürəyə, əxlaqa, tərbiyəyə, həm də dözümə malik insandır. Hə, hə dözüm. Yazı müəllifi olaraq bildirirəm ki, 1970-ci ildən qarmon sənətinin tədrisi üzrə müəlliməm, staja və böyük təcrübəyə malikəm. Lakin mən gözdən əlil uşaqlara dərs deyə bilmərəm. Yəni dözə bilmərəm, daim kövrələrəm, ağlayaram və xəstəliyə düçar olaram. Doğrudan da bu işdə insandan dözüm tələb olunur. Allah qorusun, eşq olsun elə məktəbdə dərs deyən Vüsal kimi müəllimlərə. Onun pedaqoji fəaliyyəti ilə tanış olduqca adamı heyrət bürüyür və onun qarşısında baş əymək istəyirsən. Vüsal və müəllim yoldaşları dünyada ən gərəkli, çox lazımlı bir işlə məşğul olmaqla görün nə qədər adamları sevindirirlər. Sevinənlər sırasında uşaqlar özləri, ata-anaları, baba-nənələri, əmi-dayıları, bibi-xalaları və bir sözlə bütün doğmaları var. 38 saylı məktəbin bütün kollektivinə minnətdarlıq edərək onlara can sağlığı və böyük nailiyətlər arzulayırıq.

(Ardı var)

Əhsən RƏHMANLI

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see305

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see226

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see208

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see188

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see187

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see187

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see186

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see185

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see185

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see184

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see183

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see183

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see183

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see182

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see182

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see179

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see179

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see178

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri