Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Üç uşaq anası 31 yaşında attestat aldı Qızı ilə sinif yoldaşı olub

Üç uşaq anası 31 yaşında attestat aldı Qızı ilə sinif yoldaşı olub

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir. 

“Qafqazinfo” xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir. 

Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır. 

Surayə hekayəsini “Qafqazinfo”ya belə nəql edir: “Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı. Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum”. 

Həmsöhbətim deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: “Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.

Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam”.

S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır. Hədəfləri isə hələ böyükdür: “Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir...”

Gülnar Əliyeva





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri