Icma.az
close
up
RU
Əsl kərə yağını saxtasından ayırd etmək üçün ən SADƏ ÜSUL

Əsl kərə yağını saxtasından ayırd etmək üçün ən SADƏ ÜSUL

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər kərə yağı adı ilə satılan məhsulların çoxu istehlakçılara düzgün seçim etməkdə çətinlik yaradır. Çünki bu məhsulların bir çoxu təbii kərə yağı deyil, müxtəlif süni qatqılarla hazırlanır.
Bu isə istehlakçının həm sağlamlığına, həm də cibinə zərər vurur. Kərə yağı əslində yalnız inək südünün qaymağından hazırlanmalı olan bir məhsuldur və heç bir bitki yağı, konservant və ya rəngləndirici maddə ehtiva etməməlidir.
Bəs, onları necə ayırd edək? Necə əmin ola bilərik ki, aldığımız məhsul əsl kərə yağıdır?
Mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Bizim.Media-ya danışıb. O bildirib ki, kərə yağlarında ilk olaraq markalanma düzgün şəkildə həyata keçirilməlidir.

“Məhsulun tərkibindəki yağlılıq dərəcəsi, qatqı  göstərilməlidir. Eyni zamanda sanitar normalara da riaayət edilməlidir. Lakin təəsüflər olsun ki, bir çox hallarda alıcılar gigiyenik qaydalara riayət olunmayan yerlərdən - bazarlar, metro önləri, avtomobillərin yük yerlərindən alırlar. Elə həmin məhsullar kərə yağı adı ilə istifadə olunur.

Nəzərə alsaq ki, südün bir litri müştəriyə 1,20 azn məbləğində təklif olunur. 18-20 litr süddən bir kq yağ hazırlamaq mümkündür. O zaman 4-5 azn məbləğinə satılan yağlar nə dərəcədə əsl kərə yağlarıdır? Məhsulun üzərində kərə yağı sözünün yazılması şərt deyil, onu tərkibi qeyd olunmalıdır. Hətta marketlərdə müştəri hər birinin tərkibini oxuduqdan sonra qərar verməlidir”.
Ekspertin fikrincə, müştərilər tanımadıqları və bələd olmadıqları yerlərdən kərə yağı almamalıdır:
"Bu, birbaşa insan sağlamlığına  təsir edən bir məsələdir. Şərtlərdən biri də yağın əriməsidir. Tərkibində yüksək dərəcədə qatqılar olan yağlar əridikdə kimyəvi bir maddənin qoxusu  gəlir.
Lakin əsl kərə yağı əriyən zaman süd qoxusu olur.  Kərə yağı kəsildikdə insanın bədən tempraturunda ələ qoyulduğu zaman əriyən bir xüsusiyyətə malikdir. Bunu digər yağlara şamil edə bilmərik. Fərqlər həmçinin hər ikisinin də tərkibinə isti su qatıldığında meydana çıxır”,- deyə o vurğulayıb.
Ayşən Rəhim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 May 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri