Icma.az
close
up
RU
Əsl sevgi haqqında

Əsl sevgi haqqında

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əkbər Səfərovun "Qüsurlu eşq" romanında oğlan sevdiyi qıza şiddətlə tövsiyə edir ki, “Aşk tesadüfleri sever” filminə baxsın. Qız da oğlanın sözünü yerə salmır, filmə baxır, filmdən yaman təsirlənir, günlərlə bu filmin təsirindən çıxa bilmir. Sonra oğlan əsgərliyə, vətənə xidmət etməyə yollanır. Qız da boş-bekar dayanmır, asudə vaxtını səmərəli keçirir, puluna görə özündən on dörd yaş böyük kişiyə ərə gedir. Oğlan qızın ərə getdiyini öyrənəndə əziyyət çəkir. 

Vəssalam, kitabdakı bütün əhvalat bundan ibarətdir.

Dünən ərinmədim, oturub manyak kimi “Aşk tesadüfleri sever” filminə baxdım. Film başlayanda çəkim doxsandan yuxarı idi, film qurtaranda çəkim həşdatdan aşağı düşmüşdü. Bəzi səhnələrdə ətimin tökülməyini açıq-aşkar hiss edirdim. Hiss edirdim ki,  ətim iki yüz qram, üç yüz qram, üç yüz əlli qram töküldü. Elə səhnələr vardı orda ətim qram-qram yox, kilo-kilo tökülürdü. Artıq çəkidən əziyyət çəkən, arıqlamaq istəyən insanlara bu filmə baxmağı böyük həvəslə və tam zəmanətlə tövsiyə edirəm.

İndi, bu an, bu dəm məni bir sual düşündürür: görəsən, bir insan nə qədər zövqsüz, nə qədər yüngülsaqqal, nə qədər dünyadan və sevgidən xəbərsiz olmalıdır ki, sevdiyi qıza belə bir səydəş filmə baxmağı şiddətlə tövsiyə etsin?

Ədəbi mühitdən kənarda böyük bir yazan-pozan dəstəsi fəaliyyət göstərir. Bu dəstənin üzvləri partapart sevgi romanları yazır, oxucularla görüşlər keçirir, hansısa təşkilatlardan mükafatlar alırlar... Bir sözlə, onların öz dünyaları var və öz dünyalarında şad-xürrəm yaşayırlar. 

Yaxşı, tutaq ki, cavanları hardasa başa düşdük, bəs görəsən, ağsaqqal kişilər, ağbirçək arvadlar niyə sevgi romanları yazırlar? Bu adamların işi-gücü yoxdur? Niyə gedib nəvələriylə oynamırlar? Nəvələrini parklarda, açıq havada gəzdirsinlər, teatra, kinoya, muzeylərə aparsınlar. Uşaqların fiziki və əqli inkişafına töhfələr versinlər. Əgər nəvə yoxdursa, it-pişik saxlasınlar. İt-pişiklə oynasınlar. Əgər it-pişik saxlamağa imkan, həvəs yoxdursa, oyuncaq dükanlarından özlərinə oyuncaqlar alsınlar. Başlarını oyuncaqlarla qatsınlar. 

Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun, məsələn, mən oyuncaq dükanından özümə beş-altı dənə maraqlı oyuncaq almışam. Gündə bir-iki saat oyuncaqlarla oynayıb başımı qatıram...

Bəlkə, bu ağbirçək arvadlar, bu ağsaqqal kişilər sevgi romanları yazmaqla həyatda görmədikləri, həsrətində olduqları sevgini kitab vərəqlərində axtarırlar? Bəlkə, həyatda görmədikləri, həsrətində olduqları sevgini kitab vərəqlərində hiss etməyə çalışırlar? Belə bir məqsədləri, niyyətləri varsa, onların halına ancaq acımaq olar. Əlimizdən başqa heç nə gəlmir. 

Axı niyə hamının həyatında mütləq sevgi olmalıdır? Axı niyə hamı mütləq sevməlidir, mütləq sevilməlidir? Belə bir məcburiyyət, belə bir qayda-qanun yoxdur. Bundan əlavə, insanların əksəriyyətinin sevgi haqqında təsəvvürləri kökündən səhvdir. Çox adama elə gəlir ki, onun həyatında çox güclü, tufanlı, qasırğalı, dumanlı-çiskinli sevgi olub, o dəhşət sevib, onu dəhşət seviblər. Bunlar boş, mənasız, heç bir əsası olmayan söhbətlərdir.  

Hörmətli bəylər və xanımlar, əziz yoldaşlar, əsl sevgi çox nadir, olduqca nadir bir hadisədir. Əsl sevgi xoşbəxtlikdən və yaxud bədbəxtlikdən (kim necə istəyir, elə də qəbul etsin) milyonda bir, iki milyonda bir adamın başına gəlir, alnına, taleyinə yazılır. Əsl sevgi xəstəlik, təmiz dəlilikdir. Heç bir soyuq məntiq, sərhəd, əngəl, maneə tanımır. Əgər bir sevgi qurtarıbsa, deməli o sevgi heç əvvəldən yerli-dibli olmayıb. Əgər bir sevgi sərhəd, əngəl, maneə, məntiq tanıyıbsa, deməli o sevgi olmayıb. Nəsə başqa şey olub. Sizin sevgi haqqında kökündən səhv təsəvvürləriniz onu əsl sevgi kimi qiymətləndirib. 

Əsl sevgi heç vaxt, heç vaxt qurtarmır. Bu soyuq həqiqəti üzüsulu qəbul etmək lazımdır. Xahiş edirəm, heç kim özünü aldatmasın. Sən başqasına baxdın mən də əsəbiləşib ərə getdim, evdən məcbur etdilər, məcbur qaldım, başqa yolum yox idi... Əsl sevgi üçün bütün bunlar çox bambılı bəhanələrdir. "Sən əlçatmazsan, sən başqasan, sən eləsən, sən beləsən, sənsiz yaşaya bilmərəm, sənsiz nəfəs ala bilmərəm, sənsiz bir tikə çörək, bir qurtum su da boğazımdan keçməz" deyib sonra da axmaq, sarsaq bir bəhanəni əldə bayraq edib ərə getmək, evlənmək... əsl sevgi belə olmur. Bir-birini həqiqətən sevən adamı yalnız bir şey, bircə şey ayıra bilər. Ölüm! Özü də təsadüfi ölüm yox, məqsədli ölüm. 

Mənə görə heç kim özünü öldürməyib. Burdan belə nəticə çıxarmaq olar ki, deməli məni həyatda heç kim həqiqətən sevməyib. Yox, bunu tipik eqoizm kimi qiymətləndirməyin. Hər bir işin, prosesin, hissin öz tələbləri, öz meyarları, standartları var. Şair də deyib ki, “sevda dediyin hər kəsə meydan ola bilməz”. “Duxun çatırsa” sevda adlanan meydana gir. “Duxun çatmırsa” çəkil dur kənarda. Sevgidən-mevgidən boş-boş danışıb, camaatın zəhləsini tökmə. 

Bəzən heç ölüm də həqiqi sevginin sübutu sayıla bilməz. Ona görə ki, kimsə öz sevgisinin həqiqiliyini sübut etməkdən ötrü küyə düşüb, duza gedib, axmaq seriallara aldanıb, yelbeyinlik edərək “sevgi yolunda” özünü öldürə bilər. Yaxud hansısa artist, hoqqabaz  özünü camaata göstərmək üçün boynuna kəndir keçirər, özünü qatarın altına, çaya, gölə, dənizə, okeana atar, çoxlu dərmanlar udar, sirkə içər, üstünə “ateston” töküb özünə od vurar. Bildiyiniz kimi ədəbiyyatdan, kinodan, rəssamlıqdan tutmuş ta aşpazlığa, saç ustalığına qədər bütün sahələrin artistləri, mahir imitatorları var. Onlar öz rollarını elə gözəl, elə mahir oynayırlar ki, qəlplə həqiqini bir-birindən ayırd etmək üçün çox güclü intellektual bazan, dərin həyat təcrübən, çox güclü müşahidə qabiliyyətin olmalıdır. Əks halda qəlplə həqiqini bir-birindən ayıra bilməzsən.

Sevgi mövzusu ədəbiyyatda ən çox işlənən mövzulardan biridir. Əlinə qələm alan sevgi mövzusunda nəsə qaralayıb. Ta bir şey ki, Anar Rzayev də sevgi mövzusunda hekayələr, romanlar yazıb. Halbuki, bu adam həyatı boyu kreslodan, mükafatlardan, puldan, vəzifədən başqa heç nəyi, heç kimi sevməyib. 

Oxuduğum əsərlər arasında ən şiddətli, təsirli, ibtidai, vəhşi, bəzək-düzəksiz, botokssuz sevgini “Sakit Don” əsərində görmüşəm. Bir az da İvan Buninin “Mityanın məhəbbəti”, Stefan Sveyqin "Yad qadının məktubu" əsərlərində. Digər əsərlərdəki sevgi “Sakit Don”dakı sevgiylə müqayisədə sönük, zəif, bir çox hallarda isə gülməli təsir bağışlayıb. 

Seymur Baycan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Aprel 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see328

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see320

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see313

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see292

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see259

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see242

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see238

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see225

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see190

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see174

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see173

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see172

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see168

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see165

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see163

​Sözü üzə deyən 5 bürc

05 İyul 2026 23:00see161

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see157

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see153

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see153

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri