Icma.az
close
up
RU
Əslində Peskov Molla Nəsrəddindən də zarafatcıldır....

Əslində Peskov Molla Nəsrəddindən də zarafatcıldır....

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

"Moskva regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir".


Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:"Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) başa çatacaq", - o qeyd edib.
Onun sözlərinə görə, regionda sabitlik və təhlükəsizlik mühiti üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır:"Biz öz tərəfimizdən bu prosesə töhfə vermək üçün əlimizdən gələni etməyə hazırıq", - Peskov əlavə edib.

 Xatırladaq ki, bir neçə gün əvvəl isə dünyanın məhvini reallaşdırmağa çalışan Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov nə desə yaxşıdır? Deyib ki, Yaxın Şərqdəki gərgin vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir:“Yaxın Şərqdəki vəziyyət təkcə region üçün deyil, bütövlükdə dünya üçün son dərəcə gərgin və təhlükəlidir. Münaqişə iştirakçılarının sayının genişləndirilməsi daha təhlükəlidir, bu, yalnız qarşıdurmanın növbəti mərhələsinə və regionda gərginliyin artmasına gətirib çıxaracaq".
Əslində bu öz gözündə tiri görməyib başqalarının gözündə tük axtarmaq qədər səviyyəsiz bir açıqlamadır.


P.S. Biri oradan Peskova desin ki, hazırda Qafqazda sabit vəziyyət hökm sürür. Bir-birinə raket, pua, bomba atan yox, heç kim heç kimin sərhədlərini texnika və canlı qüvvələrlə işğal etmir, dinc sakinlər yaralanmır, ölmür, məktəblər, xəstəxanalar hədəfə alınmır. Yəni, bütün dünya, bütün beynəlxalq aləm Rusiya -Ukrayna müharibəsinin həyəcanından nəfəsi kəsildiyi bir məqamda Rusiyanı Ermənistan -Azərbaycan arasındakı sülh niyə ilgiləndirsin ki, onu anlamdım... Ya, sizin dərdiniz, probleminiz yoxdur, ya dərdiniz probleminizin çoxluğundan başınızı itirmisiniz, haradan başlayacağınızı bilmirsiniz, dəxli olmayan bir yerdən problem həll etməyə  girişmisiniz !

Yada ki, Peskovda yumor hissi bizim Molla Nəsrəddindəki yumor hissindən güclüdür! Yəni, Peskov çox ciddi adamdır, nəyi, nə vaxt, harda dediyini bildiyi üçün maaş alır. Bu gün əgər bu açıqlamanı verirsə, mütləq zarafat damarı tutub. Yoxsa ki, normal adam belə bir açıqlama verər?

Məsələn,  bir gün bir dostu  Molla Nəsrəddinə deyir: -Molla, Molla ora bax, plov aparırlar.

Molla deyir: – Mənə nə?

Dostu deyir: – Sizə aparırlar.

 Molla deyir sənə nə?

 Ey gülünc adam , sən get,  öz dərdini çək, Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin imzalanmasından sənə nə?

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri