Icma.az
close
up
RU
“Əslində Putin Trampdan qorxur...”

“Əslində Putin Trampdan qorxur...”

Icma.az bildirir, Sia Az portalına istinadən.

...Və nəhayət, ABŞ prezidenti bütün kartları əlində saxlayır

...Rusiya üzrə aparıcı ekspertlərdən biri, amerikalı tarixçi və politoloq Stiven Kotkin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı vəziyyəti və münaqişənin həllində Donald Trampın rolunu şərh edib. O hesab edir ki, Trampın “Putinin kuklası” stereotipi absurddur – əslində Rusiya prezidenti amerikalı həmkarından qorxur, çünki o, ona ciddi zərər vurmağa qadirdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazır.

...Heç kim Putinə prezident Trampdan daha çox zərər verə bilməz. Putin əslində Trampdan qorxur. Ona ciddi ziyan vura biləcək yeganə şəxs Trampdır.

Bunu iddia edən ekspert, eyni zamanda Trampın özünün də Putinlə münasibətlərində qeyri-sabit olduğunu vurğulayır: o, müharibəni bitirməyə çalışır, lakin Moskvaya lazımi təzyiq göstərmir, əsas diqqəti Ukrayna tərəfinə yönəldir.

Öz növbəsində, Putinin strateji səhvi, Kotkinin fikrincə, Rusiyanın qonşu ölkələrə təsirini itirməsi, daxili problemlərlə və hətta loyal elita arasında narazılıqla üzləşməsidir.

…Bütün qonşuları ona nifrət edir və Putindən qorxurlar(?). Hətta qonşu Belarusun lideri Lukaşenko da Rusiyanın budağından çıxmaq üçün uzaqlaşmaq istəyir, - ekspert iddia edir və Putinin "mülki iqtisadiyyatı da itirdiyini" vurğulayır.

…Kotkinin fikrincə, Ukrayna, “bir aktivdir, öhdəlik deyil, lakin biz onun dəyərinin nə olduğunu və niyə olduğunu qiymətləndirə bilmirik”.

…Ukraynanın ordusu var - məsələn, Almaniyadan fərqli olaraq ciddi ordu. Biz ukraynalıların cəsarəti və fərasəti sayəsində çoxlu silahlarımızı göndərə və döyüş şəraitində sınaqdan keçirə bildik, - deyən tarixçi Kiyevə bu yolla yardımın həm də ABŞ-ın müdafiə sənayesini gücləndirdiyini vurğulayıb.

Tarixçinin fikrincə, ABŞ prezidenti “müharibəyə son qoymaq istəməkdə haqlıdır”. Amma problem Trampın Putinə təzyiq göstərməməsidir: “O, danışıqlara məcbur etmək üçün bütün təzyiqləri ukraynalılara, demək olar ki, heç bir təzyiqi Putinə və Rusiya rəhbərliyinə etməyib”.

Tramp Rusiya elitasını təcavüzü dayandırmağa və diqqətini daxili inkişafa yönəltməyə sövq etmək üçün siyasi rıçaqlardan, iqtisadi sanksiyalardan və diplomatik təşəbbüslərdən istifadə etməklə Rusiyaya ən çox təzyiq göstərə bilər.

Mümkün tədbirlər arasında Rusiya banklarının SWIFT-dən kəsilməsi, aktivlərin dondurulması, Hindistanın Rusiya nefti alışının azaldılması və hətta Putinin arxasında Çinlə diplomatik sövdələşmələr var.

…Putin gülə bilər, qırmızı xalçada poza verə bilər, Trampla kamera qarşısında zarafat edə bilər. Amma son nəticədə Tramp kartları əlində saxlayır. Əgər onlardan istifadə edərsə, Putinin özünə inamını və maksimalist tələblərini sarsıda bilər.

Bunu da Kotkin deyir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Avqust 2025 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri