ƏSMİD İctimai Birliyinin doqquzuncu kulinariya təlimi keçirildi
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində kulinariya üzrə 9-cu təlimini uğurla keçirib.
Növbəti təlim “Eloğlu” restoranında baş tutub. Təlimdə iştirakçılara türk mətbəxinin məşhur təamlarından olan pendirli türk börəyinin hazırlanması tətbiqi şəkildə öyrədilib.
Peşəkar təlimçi Xatirə Xudadarovanın rəhbərliyi ilə keçirilən məşğələdə xəmirin hazırlanması, içliyin düzgün hazırlanması, börəyin formaya salınması və bişirilmə texnikası ətraflı izah edilib. İştirakçılar əldə etdikləri nəzəri bilikləri dərhal praktikada tətbiq edərək pendirli türk börəyini özləri hazırlayıblar.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin kulinariya sahəsində peşə bacarıqlarını inkişaf etdirmək, onların özünüməşğulluq imkanlarını genişləndirmək və əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.
ƏSMİD İctimai Birliyi layihə çərçivəsində kulinariya üzrə nəzəri və praktiki təlimləri davam etdirəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 İyul 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















