Icma.az
close
up
RU
Eşqimiz elə bu qədərmiş... Bu il boşanan məşhurlar

Eşqimiz elə bu qədərmiş... Bu il boşanan məşhurlar

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ə gün saydığımız vaxtlarda 2024-də baş verənlərə baxırıq. Görürük ki, bir çox hadisə və olaylarla yadda qalan ildə ən çox diqqət çəkənlər sırasında məşhurların ayrılıqları olub. 

News24.az olay-a istinadən boşananlara, ayrılanlara, ayrılıb ayrı qala bilməyənlərə nəzər salaq...

Söhbət 2024-dən getməyinə baxmayaraq, 1 il əvvəlki ayrılıqlardan söz açmasaq, olmaz. Belə ki, ilin son aylarında, noyabrda müğənni Elvin Mirzəzadə boşandığını açıqladı. 

Ondan qısa müddət sonra, dekabrda müğənni Nahidə Babaşlının türk həyat yoldaşı Serkan Küçükceylandan boşandığı ilə bağlı xəbər yaydı.

2024-ün fevralı hər birimizi təəccübləndirən boşanma xəbəri yayıldı. Məlum oldu ki, illərdir nümunəvi cütlük olan müğənni Elçin Cəfərov və Aydan Rüstəmxanlı boşanıb. Hətta cütlüyün rəsmi ayrılığı 14 Fevral Sevgililər Günündə olduğu iddia edildi. Aylar sonra Elçin boşandıqlarını etiraf etdi. Lakin cütlük sevgi bağlarını qopara bilmədilər....

Apreldə "Selena"dan tanıdığımız Ümit Erdim iki uşağının anası Seda Çınardan boşandı. 

May ayında "İmtahan" serialı ilə populyarlaşan Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşandı. 

İyunda "Güldür Güldür"ün ulduzu Onur Atilla 10 illik xanımı Sinem Ayyıldızdan qalmaqallı şəkildə ayrıldı. 

Ondan qısa müddət sonra, yenə iyunda Xalq artisti Yusif Eyvazovun Rusiyanın Xalq artisti Anna Netrebkodan boşandığı məlum oldu.

Dünyaca məşhur reper Kardi Bi də ona tez-tez xəyanət edən həyat yoldaşı Offsetdən ayrıldığını açıqladı. Lakin Kardi qısa zaman sonra Offsetlə 3-cü uşaqlarını dünyaya gətirdi. 

İllər sonra yenidən münasibətə başlayıb, ailə quran Cennifer Lopez və Ben Aflek də evliliklərini davam etdirə bilmədi. Onlar da boşananlar sırasına daxil oldu.

Rus estradasının ulduzu Nyuşa da əri İqor Sivovdan ayrıldı.

Rusiyalı ulduz Alsu yəhudi milyarder Yan Abramovdan qalmaqallı şəkildə boşandı. İş adamı sənətçiyə xəyanət etdiyi üçün evlilikləri bitdi. 

Bu ilin ən çox danışılan boşanma xəbərləri sırasında sözsüz ki, onların adı var. İllərdir dəfələrlə boşandıqları iddia olundu, evliliklərindəki problemləri həll etmək üçün çabaladılar. Lakin sonra rəsmi şəkildə ayrılıq qərarı aldılar. Söhbət keçmiş aktyor cütlük Ülviyyə Xalinbəyova və Murad İsmayıldan gedir. İki övladı olan cütlk də bu il boşanaraq illərdir davam edən problemləri, söz-söhbətləri bitirdi. 

Yeni ana olan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılmaq istəyir. Cütlüyün məhkəmə prosesi davam etsə də, Nicat xanımından boşanmaq istəmədiyini deyir...

Hollivud aktyoru Çenninq Teytum və Cenna Devan da bu il boşanıb. 

Fərqli cütlüklərdən olan, zaman-zaman tərzləri ilə mediada danışılan Kanye Uest və Biankanın da boşanma xəbəri yayıldı. 

Dünyaca məşhur müğənni Britni Spirs də gənc həyat yoldaşı Sem Asqaridən ayrıldı.

Son olaraq Türkiyə gündəmində olan ayrılıq isə "Galatasaray"ın ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanmasıdır. Cütlük qalmaqallı şəkildə boşanma prosesini davam etdirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri