Icma.az
close
up
RU
Eşqimiz elə bu qədərmiş… Bu il boşanan məşhurlar KONKRET

Eşqimiz elə bu qədərmiş… Bu il boşanan məşhurlar KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ə gün saydığımız vaxtlarda 2024-də baş verənlərə baxırıq. Görürük ki, bir çox hadisə və olaylarla yadda qalan ildə ən çox diqqət çəkənlər sırasında məşhurların ayrılıqları olub. 

KONKRET.az olay-a istinadən boşananlara, ayrılanlara, ayrılıb ayrı qala bilməyənlərə nəzər salaq…

Söhbət 2024-dən getməyinə baxmayaraq, 1 il əvvəlki ayrılıqlardan söz açmasaq, olmaz. Belə ki, ilin son aylarında, noyabrda müğənni Elvin Mirzəzadə boşandığını açıqladı.

Ondan qısa müddət sonra, dekabrda müğənni Nahidə Babaşlının türk həyat yoldaşı Serkan Küçükceylandan boşandığı ilə bağlı xəbər yaydı.

2024-ün fevralı hər birimizi təəccübləndirən boşanma xəbəri yayıldı. Məlum oldu ki, illərdir nümunəvi cütlük olan müğənni Elçin Cəfərov və Aydan Rüstəmxanlı boşanıb. Hətta cütlüyün rəsmi ayrılığı 14 Fevral Sevgililər Günündə olduğu iddia edildi. Aylar sonra Elçin boşandıqlarını etiraf etdi. Lakin cütlük sevgi bağlarını qopara bilmədilər….

Apreldə “Selena”dan tanıdığımız Ümit Erdim iki uşağının anası Seda Çınardan boşandı.

May ayında “İmtahan” serialı ilə populyarlaşan Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşandı.

İyunda “Güldür Güldür”ün ulduzu Onur Atilla 10 illik xanımı Sinem Ayyıldızdan qalmaqallı şəkildə ayrıldı.

Ondan qısa müddət sonra, yenə iyunda Xalq artisti Yusif Eyvazovun Rusiyanın Xalq artisti Anna Netrebkodan boşandığı məlum oldu.

Dünyaca məşhur reper Kardi Bi də ona tez-tez xəyanət edən həyat yoldaşı Offsetdən ayrıldığını açıqladı. Lakin Kardi qısa zaman sonra Offsetlə 3-cü uşaqlarını dünyaya gətirdi.

İllər sonra yenidən münasibətə başlayıb, ailə quran Cennifer Lopez və Ben Aflek də evliliklərini davam etdirə bilmədi. Onlar da boşananlar sırasına daxil oldu.

Rus estradasının ulduzu Nyuşa da əri İqor Sivovdan ayrıldı.

Rusiyalı ulduz Alsu yəhudi milyarder Yan Abramovdan qalmaqallı şəkildə boşandı. İş adamı sənətçiyə xəyanət etdiyi üçün evlilikləri bitdi.

Bu ilin ən çox danışılan boşanma xəbərləri sırasında sözsüz ki, onların adı var. İllərdir dəfələrlə boşandıqları iddia olundu, evliliklərindəki problemləri həll etmək üçün çabaladılar. Lakin sonra rəsmi şəkildə ayrılıq qərarı aldılar. Söhbət keçmiş aktyor cütlük Ülviyyə Xalinbəyova və Murad İsmayıldan gedir. İki övladı olan cütlk də bu il boşanaraq illərdir davam edən problemləri, söz-söhbətləri bitirdi.

Yeni ana olan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılmaq istəyir. Cütlüyün məhkəmə prosesi davam etsə də, Nicat xanımından boşanmaq istəmədiyini deyir…

Hollivud aktyoru Çenninq Teytum və Cenna Devan da bu il boşanıb.

Fərqli cütlüklərdən olan, zaman-zaman tərzləri ilə mediada danışılan Kanye Uest və Biankanın da boşanma xəbəri yayıldı.

Dünyaca məşhur müğənni Britni Spirs də gənc həyat yoldaşı Sem Asqaridən ayrıldı.

Son olaraq Türkiyə gündəmində olan ayrılıq isə “Galatasaray”ın ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanmasıdır. Cütlük qalmaqallı şəkildə boşanma prosesini davam etdirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri