Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Əsrə bərabər qələbənin zirvə nöqtəsi TƏHLİL

Əsrə bərabər qələbənin zirvə nöqtəsi TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan dövləti yeni uğurları, nailliyyətləri ilə dünyada ən inkişaf edən, azad, demokratik dövlətlərdən olduğunu nümayiş etdirir. Bizə bu uğurları, qələbələri yaşadan isə söz yox ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasəti Prezident İlham Əliyevin möhtəşəm şəkildə davam etdirməsidir. Tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində xalqın istək və arzusu olduğu bütün hədəflərə nail olunub. Yəni Prezident İlham Əliyev 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqa verdiyi bütün vədlərini yerinə yetirib. Prezident İlham Əliyev seçki ərəfəsi xalqla görüşündə demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm".

Zəfərə gedən yolun başlanğıcı

2003-cü ildən sonra daha da inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi. Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində təcavüzkar və işğalçı Ermənistana, sözün əsl mənasında, dərs keçdi, "güclü erməni ordusu" mifini darmadağın etdi. Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqamətində düşmənə böyük, sarsıdıcı zərbə vurdu, tarixi Günnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində dastan yazan Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.

44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyuldu, tarixi Azərbaycan torpaqlarında suverenliyimiz bərpa olundu. Parlaq qələbədən sonra işğaldan azad edilən ərazilərdə böyük quruculuq abadlıq işləri həyata keçirilir. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrinin, qazilərin maddi və mənəvi qayğıları ilə yanaşı, mənzil, məişət məsələləri ilə də öz həllim tapır. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Rəsmi məlumata istinadən demək olar ki, parlaq hərbi qələbədən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib. Belə ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.Müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

44 günlük müharibədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın Prezidenti İlham Əliyevin müdrik, möhtəşəm siyasəti ilə əldə edilən uğurlarının, qələbələrinin ən uca zirvəsi 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. 2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı.

44 günlük müharibədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsi sıradan çıxarıldı. Azərbaycanın Müzəffər Ordusu Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 90-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı ağ bayraq qaldırmağa və kapitulyasiyaya məcbur etdi. Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!". Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin "torpaqlarımızın işğaldan azad edilməsi" vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, "Qarabağ Azərbaycandır və nida" deyən Qalib Sərkərdəmizin "Dəmir yumruq" siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür.

"Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox"

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox".

2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Prezidentimiz Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək".

Əminliklə demək olar ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, daha böyük uğurlara, nailiyyətlərə imza atacaq. Çünki tutduğumuz yol düzgün və haqq yoludur.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri