Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Əsrin çağırışlarına cavab axtarışı

Əsrin çağırışlarına cavab axtarışı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyamız dərin transformasiya mərhələsinə qədəm qoyub. Qlobal pandemiyalar, iqlim böhranları, münaqişələrin yeni texnoloji formaları, nüvə təhlükəsi və ərzaq çatışmazlığı fonunda beynəlxalq təhlükəsizlik sisteminin ürəyində dayanan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu çağırışlar qarşısında cavabdeh aktor kimi çıxış edir. Amma bu cavablar yetərlidirmi? BMT, onun Təhlükəsizlik Şurası günün mürəkkəb reallıqlarına cavab vermək üçün kifayət qədər çevik və effektivdirmi?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “The Hill”ə müsahibəsində irəli sürdüyü tənqid və təkliflər mövzuya yeni impuls verir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində səsləndirdiyi fikirlər BMT islahatlarının regional deyil, ümumbəşəri ehtiyac olduğunu göstərir. İki liderin çağırışı əslində qlobal miqyasda artan narazılıqların səsi, beynəlxalq münasibətlər sisteminin yeni quruluşuna tələbatın göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bu gün dünya nizamını qorumaq və beynəlxalq təhlükəsizliyi təmin etmək məqsədilə fəaliyyət göstərən ən mühüm instansiya kimi tanınır. Ancaq bu “nizamın keşikçisi” funksiyası getdikcə daha çox sual doğurur. Səbəb isə çox sadədir: Təhlükəsizlik Şurasının quruluşu və fəaliyyət prinsipləri XXI əsrin reallıqlarından çox uzaqdır.

Hazırda Şura 5 daimi üzvün – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin veto hüququ ilə faktiki nəzarətindədir. Beşliyin qərarları qlobal gündəmi müəyyən edir, onların vetosu isə dünyanın taleyini dəyişə bilir. Belə arxitektura 1945-ci ildə, İkinci Dünya müharibəsinin nəticələrindən çıxış edilərək, qalib dövlətlərin maraqlarına əsasən qurulmuşdu. İntəhası, 1945-ci ilin dünyası ilə 2025-ci ilin mürəkkəb, çoxtərəfli və sürətlə dəyişən geosiyasi mənzərəsi arasında dərin və keçilməz bir uçurum yaranıb. Bu gün dünya əhalisinin əhəmiyyətli hissəsini təşkil edən Afrika qitəsinin, Latın Amerikasının, İslam dünyasının Təhlükəsizlik Şurasında daimi təmsilçiliyi yoxdur. Halbuki bu regionlar yalnız əhali baxımından deyil, həm də qlobal problemlərin – silahlı münaqişələr, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, miqrasiya axınları və sosial qeyri-bərabərlik – episentrində dayanırlar. Onların susqun müşahidəçi statusu isə beynəlxalq legitimlik, ədalət və bərabərlik prinsiplərinə ziddir.

Daha faciəlisi isə odur ki, Təhlükəsizlik Şurası çox zaman münaqişələrin qarşısının alınmasında yox, onların dondurulmasında və ya geosiyasi maraqlar çərçivəsində “idarə olunmasında” vasitəyə çevrilir. Ədalətin deyil, maraqların dominantlıq etdiyi bu yanaşma dünya miqyasında BMT-yə olan inamı sarsıdır.

Azərbaycanın təcrübəsi bu baxımdan acı, lakin çox aydın nümunədir. 1990-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin heç biri onillərlə icra olunmadı. Beynəlxalq hüququn pozulması faktı təsdiqlənsə də, real tədbir görülmədi və qətnamələr kağız üzərində qaldı. Azərbaycan özü öz gücü ilə bu vəziyyətə son qoydu. Bu fakt BMT-nin ciddi struktur böhran yaşadığını və Təhlükəsizlik Şurasının yalnız müəyyən güclərin maraqlarına uyğun hərəkət etdiyini açıq şəkildə göstərdi. Əgər beynəlxalq hüquq yalnız supergüclərin “rahatlığı” çərçivəsində işləyirsə, deməli, burada hüquqdan deyil, güc balansından danışmaq lazımdır.

***

BMT Nizamnaməsinin 1-ci maddəsi açıq şəkildə göstərir ki, təşkilatın başlıca məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Bu ali məqsəd, əslində, BMT-nin mövcudluq səbəbini təşkil edir. 2-ci maddədə isə bu prinsiplərin həyata keçirilməsinin təməl şərtləri kimi dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri qeyd olunub. Ancaq kağız üzərində mövcud olan bu nəcib prinsiplər Təhlükəsizlik Şurasında praktikada ciddi şəkildə pozulur. Səbəb isə bəllidir: veto hüququ.

Beş daimi üzv dövlətə – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyaya – təqdim olunmuş veto imtiyazı, faktiki olaraq, bu ölkələri digər 188 üzv dövlətin iradəsindən üstün mövqeyə gətirir. Onlar istənilən qətnamənin qəbulunu təkcə bir “əleyhinə” səsi ilə əngəlləyə bilirlər. Bu da beynəlxalq hüququn özəyini təşkil edən bərabərlik prinsipini fundamental şəkildə pozur. Bəli, hüquqi baxımdan paradoksal vəziyyətdir. Əgər BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin suveren bərabərliyini təsbit edirsə, eyni təşkilatın daxilində müəyyən dövlətlərə üstün hüquqlar tanınması necə əsaslandırıla bilər? Bu, hüquqi baxımdan normativ təzad və prinsipial ziddiyyət yaradır. Başqa sözlə, hüquqi müstəvidə eyni ailənin üzvləri olan dövlətlər faktiki olaraq ayrı-ayrı kateqoriyalara bölünür: “veto sahibləri” və “digərləri”...

Ayrı-seçkilik yalnız hüquqi deyil, eyni zamanda etik və siyasi legitimlik problemi yaradır. BMT-yə üzv ölkələrin əksəriyyəti qərarların qəbulunda real söz sahibi ola bilmədikdə, bu təşkilata olan inam azalır, onun nüfuzu zəifləyir. Nəticədə, beynəlxalq sistemdə ədalətsizliyin institutlaşdırılması baş verir – və bu da qlobal idarəçiliyin böhranını daha da dərinləşdirir. Bu səbəbdən, veto hüququnun islahatı və ya məhdudlaşdırılması təkcə siyasi deyil, həm də beynəlxalq hüququn prinsiplərinə hörmətin bərpası baxımından mütləq zərurətdir.

***

Bu gün bir veto hüququ bütöv bir qitənin iradəsini susdura bilir. Yəni, bir dövlətin marağı milyonlarla insanın həyatı və bütöv regionların taleyindən üstün tutulur. Belə bir vəziyyətdə həm hüquqi legitimlik, həm də siyasi etimad sarsılır. Artıq dövlətlər BMT-nin deyil, onun ətrafında yaranan güc balanslarının diktəsi ilə hərəkət etməyə başlayır. Reallıq budur ki, dünya artıq birqütblü deyil. XXI əsrin beynəlxalq münasibətlər mənzərəsində çoxqütblü güc balansı formalaşıb. Regional aktorlar – Türkiyə, Braziliya, Cənubi Afrika və digərləri – təkcə öz regionlarının deyil, qlobal gündəmin formalaşmasında mühüm rol oynayırlar. Lakin bu ölkələr BMT Təhlükəsizlik Şurasında daimi təmsilçilik hüququna malik deyillər. Onların iştirakı olmadan qəbul edilən qlobal qərarlar həm ədalətlilik prinsipinə, həm də qərarların səmərəliliyinə kölgə salır.

Təmsilçilik boşluğu beynəlxalq sistemə olan inamın fundamental şəkildə sarsılmasıdır. Mövcud sarsıntı isə boşluqda yeni alternativlərin yaranmasına şərait yaradır. Məsələn, regional ittifaqlar, yeni koalisiya formatları, çoxtərəfli platformalar getdikcə daha funksional görünür. Əgər BMT islahatlara getməzsə, bu alternativ qurumlar zamanla daha cəlbedici, daha effektiv və daha legitim görünə bilər. Nəticədə, BMT öz liderlik mövqeyini tədricən itirə və qlobal idarəetmədə, sadəcə, formal tribunaya çevrilə bilər.

Artıq sual bu deyil: “BMT-də islahat olmalıdırmı?” Bu sual çoxdan arxaikləşib. Sual budur: “İslahatlar niyə bu qədər gecikib?”. XXI əsrin mürəkkəb çağırışları artıq mövcud institutların sərhədlərini aşır. Bugünkü reallıqda BMT-nin hələ də II Dünya müharibəsi sonrası düzənə əsaslanan strukturla fəaliyyət göstərməsi dövrə uyğun gəlmir. Təşkilatın hüquqa, ədalətə və qlobal həmrəyliyə sadiqliyini qoruması üçün köklü struktur dəyişikliyi zərurətdən doğur. BMT islahatı bəşəriyyətin gələcəyi üçün alternativsiz bir yoldur. Əgər dünya XXI əsrin problemlərini XX əsrin institutları ilə həll etməyə çalışarsa, onda uğursuzluq zolağı uzanacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see404

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see320

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see246

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see246

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see241

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see240

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see237

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see235

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see231

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see228

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see220

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see218

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see210

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see210

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see197

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see194

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see192

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see183

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see183

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri