Icma.az
close
up
RU
Gənc “ekoliderlər” iqlim çağırışlarına cavab axtarır

Gənc “ekoliderlər” iqlim çağırışlarına cavab axtarır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclərüçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” keçirilir.

XQ xəbər verir ki, Şəki şəhərində keçirilən düşərgənin əsas məqsədi gəncləri ətraf mühit problemlərinə yaradıcı həllər təqdim etməyə, yaşıl texnologiyalar və sosial sahibkarlıq üzrə bacarıqlarını inkişaf etdirməyə yönəltmək, eyni zamanda onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı təşəbbüslərə sövq etmək üçün gücləndirməkdir. 

18-22 avqust tarixlərini əhatə edən düşərgənin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış edib. 

Bildirilib ki, COP29-un ölkəmizdə keçirilməsi, ölkə başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi” və bu əsasda təşkil olunan tədbirlər gənclərimizin həm yerli, həm də beynəlxalq səviyyədə ətraf mühit məsələlərinin müzakirəsi və həllində rolunu ciddi şəkildə aktivləşdirib. “Ecoinnovators” layihəsi də COP29 mirasını davam etdirərək gənclərin ekoloji təşəbbüslərə qoşulmasına və qlobal çağırışlara cavab verməsinə şərait yaradır. Layihəyə gənclər tərəfindən yüksək maraq göstərilib və ümumilikdə 450-dən çox gənc müraciət edib. Bu da layihənin gənclər üçün əhəmiyyətini bir daha göstərir. 

Açıq havada çadır şəraitində keçiriləcək düşərgə 5 gün müddətində davam edəcək və gənclər mütəxəssislər tərəfindən keçirilən “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları” və.s mövzularında təlimlərdə iştirak edəcək. Növbəti günlərdə isə ekoliderlər iqlim dəyişmələrinə uyğunlaşma, sosial sahibkarlıq, yaşıl texnologiyalar üzrə nəzəri və praktiki təlimlər də alacaqlar. Proqramda təlimlərlə yanaşı, vörkşoplar, info sessiyaların təşkili və iməcilik də nəzərdə tutulub. 

Qeyd edək ki, layihə proqram xarakterli olub, iki illik bir dövrü əhatə edəcək. Bu müddətdə 6000-dən çox insanı ekoloji maarifləndirmə kampaniyaları ilə məlumatlandırmaq nəzərdə tutulub. Gənclər tərəfindən təşkil olunacaq təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılacaq maarifləndirici kontentlər yerli icmalarda dəyişiklik yaradacaq. Düşərgədən sonra iştirakçılar öz bölgələrində 1000 nəfərə yaxın gənci təlimləndirərək ən azı 10 davamlı icma təşəbbüsünə start verməyə çalışacaqlar. Layihənin uzunmüddətli hədəfi gənclərdən ibarət liderlər şəbəkəsi yaradaraq ekoloji məsuliyyət mədəniyyətini genişləndirməkdir. Bu istiqamətdə layihələr təşkilat tərəfindən bundan sonra da həyata keçiriləcək.

Təlimlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, "SABAH.HUB", Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzi və.s qurumlardan ekspert və mütəxəssislər, eləcə də peşəkar təlimçilər cəlb edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri