Icma.az
close
up
RU
Enerji təhlükəsizliyi çağırışlarına kollektiv cavab ŞƏRH

Enerji təhlükəsizliyi çağırışlarına kollektiv cavab ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı bir daha göstərdi ki, müasir dövrdə enerji təhlükəsizliyi məsələləri təkcə milli deyil, transmilli xarakter daşıyır. Qlobal enerji bazarında artan qeyri-müəyyənlik, geosiyasi gərginliklər və təchizat zəncirlərində yaranan risklər fonunda dövlətlərin bir masa arxasında toplaşaraq ortaq həll yolları axtarması artıq zərurətə çevrilib.

Son illərin təcrübəsi sübut edir ki, enerji təhlükəsizliyi yalnız resurs bolluğu ilə təmin olunmur. Əsas amillərdən biri də etibarlı tərəfdaşlıq, davamlı dialoq və qarşılıqlı etimaddır. Məhz bu baxımdan Məşvərət Şurası kimi platformalar enerji siyasətinin koordinasiyası, uzunmüddətli planlaşdırma və risklərin qabaqlanması üçün mühüm mexanizm rolunu oynayır. Bakı toplantısı bu əməkdaşlıq modelinin praktik nəticələr verdiyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında enerji layihələrinin uğurunun arxasında siyasi iradə və çoxtərəfli əməkdaşlığın dayandığını vurğuladı. Cənub Qaz Dəhlizi kimi mürəkkəb və geniş coğrafiyanı əhatə edən infrastruktur layihəsinin reallaşması məhz tərəfdaş ölkələrin vahid mövqeyi və davamlı məsləhətləşmələri sayəsində mümkün olub. Bu fakt özü göstərir ki, dialoq alternativsizdir.

Enerji təhlükəsizliyi məsələlərinin müzakirə yolu ilə həlli həm də qarşılıqlı asılılıq mühitində sabitliyin qorunmasına xidmət edir. Enerji təchizatçısı, tranzit ölkə və istehlakçı dövlətlər arasında balansın saxlanılması yalnız açıq müzakirə və razılaşdırılmış qərarlar vasitəsilə mümkündür. Əks halda, birtərəfli yanaşmalar və koordinasiyasız addımlar regional və qlobal miqyasda yeni risklər yarada bilər.

Toplantıda yaşıl gündəlik məsələlərinin də müzakirə olunması göstərdi ki, əməkdaşlıq artıq təkcə qaz təchizatı ilə məhdudlaşmır. Enerji keçidi, bərpaolunan mənbələrin inteqrasiyası və infrastrukturun modernləşdirilməsi kimi məsələlər də ortaq baxış və koordinasiya tələb edir. Bu isə platformanın strateji əhatə dairəsinin genişləndiyini göstərir.

Bu gün daha aydın şəkildə anlayırıq ki, enerji təhlükəsizliyi üzrə çağırışlar fərdi deyil, kollektiv yanaşma tələb edir. Birgə toplaşmaq, fikir mübadiləsi aparmaq və kompromis əsaslı qərarlar qəbul etmək həm iqtisadi sabitlik, həm də siyasi təhlükəsizlik üçün vacib şərtdir. Bakı görüşü bir daha sübut etdi ki, dialoq və əməkdaşlıq regional enerji arxitekturasının əsas dayağıdır.

Nəticə etibarilə, nazirlərin 4-cü iclası yalnız növbəti diplomatik tədbir deyil, həm də qlobal enerji təhlükəsizliyinə kollektiv məsuliyyət yanaşmasının təzahürü kimi qiymətləndirilməlidir. Müasir çağırışlar fonunda bu cür platformaların əhəmiyyəti daha da artır və enerji sahəsində dayanıqlı gələcəyin təmin olunmasında həlledici rol oynayır.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri