Icma.az
close
up
RU
ƏSRİN İQTIİSADI SALNAMƏSİNİ YAZAN ALİM... Ziyad Səmədzadə 85 yaşında

ƏSRİN İQTIİSADI SALNAMƏSİNİ YAZAN ALİM... Ziyad Səmədzadə 85 yaşında

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

25 İyun 2025-ci il tarixində görkəmli iqtisadçı alimlərdən biri - iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasınln (AMEA) həqiqi üzvü, Milli Məclisin deputatı, ictimai-siyasi xadim Ziyad Əliabbas oğlu Səmədzadənin 85 yaşı tamam olacaq. 

Ziyad Səmədzadə iqtisad elmində özünəməxsus elmi məktəb yaratmış alim, eləcə də cəmiyyətdə öz sözü, mövqeyi, dəstxəti olan nüfuzlu ziyalıdır.

Tanınmış elm xadimi Ziyad Səmədzadənin genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr verib.

Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi Azərbaycanın iqtisadi inkişaf tarixini araşdırmaq, təhlil etmək, nailiyyətlərimizi gələcək nəsillərə çatdırmaq baxımdan fundamental, dəyərli mənbədir.

Kitabın müəllifi, akademik Ziyad Səmədzadə çıxışlarından birində billdirib ki, beşcildliyin ərsəyə gəlməsinə əsas səbəb Ulu Öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri və müxbir üzvləri ilə görüşündə çıxışından: “Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təklifim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam. Mən bir-iki dəfə demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır”.

Ulu Öndərin 2001-ci ildə dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə çıxışından: “...Biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. Çünki zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar”.

“Heydər Əliyevin istəyinin yerinə yetirilməsində iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm”

Akademik Ziyad Səmədzadə: "Azərbaycan iqtisadiyyatının aktual problemlərinin elmi-əməli tədqiqi sahəsində yarım əsrdən çox bir dövrdə təcrübə toplamış bir tədqiqatçı olaraq, mən XX əsrdə inkişaf tarixinin yazılması kimi məsul bir tapşırığın yerinə yetirilməsini öz üzərimə götürdüm. Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70- ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyi, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri çoxcildlik üçün ən əsas metodoloji baza kimi müəyyənləşdirildi. Taleyimdən çox razıyam ki, uzun illər gərgin əməyimin, müşahidələrimin, elmi araşdırmalarımın nəticəsi olaraq “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyini başa çatdırmış, əbədiyaşar Heydər Əliyevin yuxarıda qeyd edilən istəyinin yerinə yetirilməsində iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm”.

Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılmasında əhatəli və səmərəli iş

UNEC-in rektoru, professor Ədalət Muradov: “Bu kitab müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsidir və burada Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb”.

Akademik Arif Həşimov: “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyi təkcə iqtisadçılar üçün deyil, Azərbaycanın bütün elm sahələrini əhatə edən məlumatlarla zəngin bir mənbədir. Müəllif oxucunun son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya ala bilməsinə, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etməsinə çalışmışdır”.

Professor Eldar İbrahimov: “Bu beşcildlikdə Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən kənd təsərrüfatının keçdiyi böyük inkişaf yolu mərhələ-mərhələ təhlil edilmiş, aqrar sahənin inkişafında baş verən mühüm dəyişikliklər, aktual problemlər, onların həlli yolları nəzərə çatdırılmışdır. Nəşrin I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər olan dövrdə inkişaf məsələlərinə həsr edilmişdir. Azərbaycan iqtisadiyyatının 100 il ərzində inkişaf tarixi, xüsusilə də son 30 illik təcrübəsi onu göstərir ki, yalnız müstəqil dövlət, onun güclü lideri, yaratdığı təkmil iqtisadi-siyasi sistemi ölkənin dinamik inkişafının, sabitliyinin əsaslarını möhkəmləndirir, qloballaşmanın mənfi təsirlərinin qarşısını almaq imkanına malik olur. Azərbaycan dövləti son 30 ildə dəhşətli fırtınalardan uğurla çıxdı, düşünülmüş siyasət nəticəsində dünyada nüfuz qazandı, heç kimə boyun əymədi, özünün ərazi bütövlüyünü təmin etmək üçün güclü iqtisadiyyat, güclü ordu, güclü xalq-iqtidar birliyi yaratdı. Nəşrin üçüncü və dördüncü cildlərində Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illər respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır (neft strategiyası, “Əsrin müqaviləsi”nin reallaşması, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi, özəl sektorun, sahibkarlığın, investisiya mühitinin formalaşması, regional iqtisadiyyat, hüquqi-iqtisadi qanunvericilik bazasının yaradılması, maliyyə-büdcə, pul-kredit, sənaye siyasəti, aqrar islahatlar və s.), davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs edilir. Beşcildliyin “Qarabağ iqtisadiyyatı 100 ildə” adlanan sonuncu cildində isə respublikamızın bu bölgəsində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən üzümçülük, ipəkçilik, tütünçülük, pambıqçılıq, taxılçılıq, eləcə də maldarlığın inkişaf yolu statistik göstəricilər əsasında təhlil edilmiş, gələcəkdə işğaldan azad olunmuş torpaqlarda coğrafi iqlim şəraiti baxımından kənd təsərrüfatının bir çox sahələrinin inkişaf istiqamətləri proqnozlaşdırılmışdır.

Professor Qorxmaz İmanov: “Çoxcildlikdə müəllifin respublikanın inkişafının sosial-iqtisadi proseslərinin, inkişaf amilləri və mənbələrinin təkcə iqtisadçı-tədqiqatçı kimi deyil, həm də uzun illər dövlət və qanunvericilik sahəsində məsul vəzifələrdə çalışarkən bir çox mühüm hadisələrin şahidi olmuş, respublikanın ictimai, sosial-iqtisadi həyatının köklü problemlərinin araşdırılmasında iştirak edən insan kimi təhlil edildiyini diqqətə çatdırmışdır. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi işinə böyük töhfədir”.

Professor Məhiş Əhmədov: “Respublikamızın ictimaiyyəti akademik Ziyad Səmədzadəni böyük alim və praktik iqtisadçı, bacarıqlı təşkilatçı, qabaqcıl dünya təcrübəsinə və milli reallıqlara əsaslanan, müasir, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal tədqiqatçısı kimi tanıyır. Onun milli iqtisadiyyatın inkişafı, səmərəliliyi, strukturu, təhlükəsizliyi, təkrar istehsalın sürət və proporsiyaları, məşğulluq, demoqrafik proseslərə həsr olunmuş fundamental tədqiqatları, monoqrafiyaları iqtisad elmində xüsusi yer tutur. Akademik Z.Səmədzadənin elmi tədqiqatları respublikamızın iqtisadi və sosial inkişafı ilə bağlı nəzəri və praktiki problemlərin işlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ziyad müəllimin təqdim etdiyi “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyində milli iqtisadiyyatımızın 100 ildə keçdiyi çətin, ziddiyyətli, sınaqlarla dolu olan yolu təhlil edilir, həmçinin Azərbaycan iqtisadiyyatı qlobal, ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində tədqiq olunur”.

Qeyd edək ki, akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi ilə bərabər, 7 cildlik Böyük İqtisadi Ensiklopediya, habelə ölkə iqtisadiyyatına dair digər əsərləri Azərbaycan iqtisadiyyatının real mənzərəsini dolğun əks etdirir.

Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə akademik Ziyad Səmədzadə 2010-cu ildə Azərbaycan Respublikasında İqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şöhrət” ordeni ilə, 2015-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə, 2020-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Tərcümeyi-hal

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Səmədzadə Ziyad Əliabbas oğlu 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olub.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.


Onun bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilib.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib.

Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynayıb.

Z.Səmədzadə TACİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRACECA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalayıb.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlayıb.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan «Azərbaycan XXI əsrin astanasında» üçcildliyi nəşr edilib.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, «Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi» kitabını nəşr olunub.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, «Böyük yolun mərhələləri» - «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci və üçüncü cildi işıq üzü görəcəkdir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

"AzPolitika.info" kollektivi dəyərli alimimizi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir.Hörmətli Ziyad müəllimə, möhkəm sağlamlıq, uzun ömür və elmi, ictimai-siyasi fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq. Uğurlarının davamlı olmasını və yeni yaşınının yeni zəfərlərlə yadda qalmasını diləyirik.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see179

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see162

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see147

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see139

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see135

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see130

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see128

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see123

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see118

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see117

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see114

UFC: ABŞ dan olan idmançı Bakıda qalib olub FOTO

22 İyun 2025 05:04see113

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see112

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see111

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri