Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Əsrləri aşan xəbər yolu...

Əsrləri aşan xəbər yolu...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Poçt sistemi hələ də əlaqənin ən özəl formalarından biridir

Bir vaxtlar məktubun yolunu gözləmək günlərlə, bəzən həftələrlə davam edirdi. Poçtalyonun qapıda görünməsi isə sadəcə xəbər gətirmək deyil, uzaqlarda yaşayan birinin salamını, bəzən də həyatın ən vacib cavabını evə gətirmək demək idi. Günümüzdə bir neçə saniyəyə dünyanın o biri başına mesaj göndəririk. Lakin bu sürətə baxmayaraq, poçtun insan həyatındakı yeri öz əhəmiyyətini itirməyib. Çünki texnologiya ünsiyyətin formasını dəyişsə də, xəbər göndərmək və xəbər gözləmək ehtiyacını dəyişməyib.

Orta əsrlərdən bəri Avropada yolların etibarlı olmaması səbəbindən məktubun daşıma ödənişi alıcı tərəfindən ödənilirdi. Bu da çox vaxt çıxılmaz vəziyyətlərə gətirib çıxarırdı. Ona görə də həmin zamanlar poçt markasının yaranması ilə bağlı məsələ aktuallıq kəsb etməyə başladı. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Laurens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Royland Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.

Yeri gəlmişkən, bu gün Ümumdünya Poçt Günü kimi qeyd olunur. Bu tarix Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.

Azərbaycan poçtu sürətli inkişaf yolu keçib

Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

Azərbaycan poçt qurumu 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

“Azərpoçt”un beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.

İlk poçt markamız əsgərə həsr olunub...

Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.

Qeyd edək ki, Azərbaycan poçtunun da qədim tarixi var. 1818-ci il iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılıb. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib. Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

Müasir poçt sistemi və texnologiyanın təsiri

Müasir dövrdə texnologiyanın inkişafı ilə poçt xidmətləri də böyük dəyişikliklərə uğrayıb. Elektron poçt (e-poçt), internet üzərindən mesajlaşma və onlayn alış-veriş kimi yeniliklər, ənənəvi poçt xidmətlərini təhdid edən amillər olsa da, hətta bu dövrdə poçt hələ də müxtəlif sahələrdə öz funksiyasını qorumağa davam edir. Elektron və fiziki poçt xidmətləri artıq paralel olaraq fəaliyyət göstərir, həmçinin bir-birilə qarşılıqlı əlaqədədir.

Məsələn, e-ticarət bugünlərdə poçt xidmətlərinə olan tələbatı artırıb. İnsanlar onlayn alış-veriş edərkən, satın aldıqları məhsulların çatdırılması üçün poçt xidmətlərindən istifadə edirlər. Bu, logistika və kuryer xidmətlərini daha da inkişaf etdirərək poçt sektoru üçün yeni perspektivlər açıb.

Bundan əlavə, müasir texnologiyalar poçt xidmətlərinin daha sürətli və səmərəli olmasına imkan yaradır. Poçt kuryerləri, GPS sistemləri və ağıllı izləmə texnologiyaları vasitəsilə göndərişlərin yolunu anında izləmək və düzgün şəkildə təyin etmək imkanı əldə edirlər.

Poçt xidmətləri hələ də insanlar arasında əlaqələrin qurulmasında, məlumat mübadiləsində və iqtisadi inkişafda mühüm rol oynayır. Hər birimiz üçün, hətta internetin inkişaf etdiyi bir dövrdə belə, poçt hələ də əlaqənin ən özəl və ən təsirli formalarından biri olaraq qalır.

Göründüyü kimi, bu gün poçt dünyası əvvəlkindən daha sürətli, rəqəmsal və çoxşaxəlidir. Ancaq dəyişməyən bir məqam var: insanlar hələ də bir-birinə nəsə göndərir, uzaqdakı ünvana çatmaq istəyir və qarşı tərəfdən xəbər gözləyirlər. Bəlkə də poçtun əsrlərdir yaşamasının sirri elə bundadır. Ünvanlar dəyişir, göndərişlərin forması dəyişir, texnologiya yenilənir, amma insanın kiməsə çatmaq arzusu dəyişmir...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri