Icma.az
close
up
RU
Estetik əməliyyatlar artıb: Dəb yoxsa zərurət ?Həkim fəsadlardan danışdı

Estetik əməliyyatlar artıb: Dəb yoxsa zərurət ?Həkim fəsadlardan danışdı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlandığı barədə xəbər vermişdik.


Bu araşdırma ilə bağlı Bakupost.az -a bəzi detallar məlum olub.


Öncə qeyd edək ki, dünən DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev də İTV-nin efirində məsələ ilə bağlı açıqlama verib və estetik cərrahlarla bağlı araşdırmaların aparıldığı barədə xəbəri təsdiqləyib.

Bilavasitə estetik cərrahlar və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalar zamanı həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində qanun pozuntuları, o cümlədən rüşvət hallarının diqqət mərkəzində olacağı qeyd olunur.

Bu araşdırmalardan sonra səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vuramaqda adı daha çox halanan şəxslərin ağır şəkildə cəzalandırılacağı, hətta bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin məhkəmə yolu ilə ləğv olunacağı gözlənilir. Həmçinin müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların müəyyən edilməsinin də araşdırma predmeti olduğu bildirilir.

Hüquq-mühafizə orqanları həm də bu məsələni ilk dəfə gündəmə gətirən jurnalist Qənirə Ataşovaya təzyiq və hədə-qorxu gələn estetik cərrahlarla bağlı araşdırma aparır.

DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Qənirə Ataşovaya təziqlərin araşdırılması DİN-in aidiyyəti baş idarəsinə tapşırılıb.

DİN rəsminin sözlərindən o da ayın olub ki, estetik cərrahlar tərəfindən susdurulan zərərçəkmişlər də araşdırmalara cəlb olunur.

Araşdırmaların sonucunda estetik cərrahlara bağlı ciddi cəza, hətta həbs tədbirlərinin görüləcəyi də gözlənilir.



Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, bu gün estetik əməliyyatların aparılması, Azərbaycanda dəb halını alıb:


“Əlbəttə ki, anadangəlmə qüsurlu insanlar mütləq əməliyyat olunmalıdır. Məsələn, anadangəlmə dovşan dodaqlı doğulanlar mütləq əməliyyat edilir. Əməliyyatdan bir neçə il sonra  isə dodaqda olan izləri aradan qaldırmaq üçün yenidən estetik əməliyyata müraciət edilir. Lakin Azərbaycanda insanlar kütləvi şəkildə burun əməliyyatı etdirir. Bunun isə sonrakı mərhələləri var. Yəni bu əməliyyat illər sonra onun nəfəs almasında, qoxu bilməsində zaman-zaman problemlər yaşadacaq. Ona görə də vacib olmadığı təqdirdə estetik əməliyyat etdirməmək lazımdır. Xüsusilə də dolğuların tərkibləri fərqli olur, və bilinmir nədir.  Elə insanlar var ki, 20 il bundan öncə süd vəzində estetik əməliyyatlar etdirib. Lakin bu gün estetik materiallar ona əziyyət, ağrı verir. Çox təəssüf ki, indi Azərbaycanda nəinki tibbi təhsili olmadan estetik əməliyyat edənlər, həmçinin kosmetoloq adını daşıyanlar da çoxalıb. Yəni baxırsan tibbi təhsili yoxdur və beş, üç gün bir kursda öyrənir, adını qoyur kosmetoloqam. Üzü innervasiya edən üçlü sinir var. Bu üçlü sinirin şaxələnməsini belə bilmirlər. O şaxədən hər hansı biri zədələnərsə,  göz qapağının sallanması, ağız bucağının əyilməsi ola bilər. Bunun üçün mütləq həkim beş il rezidentura bitirməli və beş ildən sonra təkmilləşmələrdə olmalıdır. İnsan mütləq araşdırma aparılmalıdır. İnternetdə hərə bir səhifə açıb, mənfi və müsbət müdaxilələr yaza bilər. Yəni internetdə, sosial şəbəkələrdə hər şey mümkündür. Xanımlar cavandır və cavanlıq özü bir gözəllikdir. O cavanlığına müdaxilə edib hər hansı bir zərbəni vurmağı məsləhət görmürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri