Estoniya Rusiyanı MiQ 31 qırıcıları ilə hava məkanını pozmaqda ittiham edir
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın üç MiQ-31 qırıcısının Estoniyanın hava məkanını pozduğu iddia edilir.
Xalqcebhesi.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Estoniya hərbçilərinin məlumatına görə, Rusiya qırıcıları Vaindloo adası istiqamətindən Estoniyanın hava məkanına "icazəsiz" daxil olub və orada təxminən 12 dəqiqə qalıb.
Təyyarənin transponderlərinin söndürüldüyü, Estoniya hava dispetçerləri ilə ikitərəfli radio rabitəsinin kəsildiyi iddia edilir.
Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, hadisə ilə bağlı etiraz bildirmək və nota təqdim etmək üçün Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkilini artıq çağırıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Sentyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















