Estoniyadan Moskvanı qəzəbləndirəcək addım: Həmişəlik bağlandı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Estoniya hökuməti təhlükəsizlik səbəbi ilə Värska–Saatse avtomobil yolunu həmişəlik bağlamaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Daxili işlər naziri İqor Taro bu qərarın Rusiyanın “Saatse Boot” adlı hissəsindən keçən yol sahəsinə aid olduğunu bildirib.
Sovet dövründə salınmış bu yol iki dəfə Rusiya ərazisinə daxil olur. Birinci dəfə 30 metr, ikinci dəfə isə təxminən 1 kilometr məsafədə. Həmçinin, magistral boyunca piyadaların hərəkəti qadağandır.
Nazir Taro bildirib:
“Yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün tamamilə bağlanmalıdır.”
O əlavə edib ki, bu addım milli təhlükəsizliyi qorumaq məqsədi daşıyır.
Baş nazir Kristen Mixal da hökumətin alternativ dolama yolun tikintisini sürətləndirmək barədə qərar qəbul etdiyini açıqlayıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Oktyabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















