Icma.az
close
up
RU
Ət 39 manat oldu

Ət 39 manat oldu

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən hazırda həm iri, həm də xırdabuynuzlu heyvanların  ətinin bahalaşma ilə üz-üzəyik".


Demokrat.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib: 
"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".
V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:
"Həmçinin iri buynuzlu heyvanlarda can ətinin məhdud həcmdə olması da onun qiymətini artıran əsas səbəblərdəndir. Bu qiymətə ət alanlar varmı? Bəli, var. Xüsusilə restoran sektorunda, dövlət və özəl qurumların təşkil etdiyi tədbirlərdə bu növ ətə ciddi tələbat müşahidə edilir. Məhz həmin ətin keyfiyyəti və müxtəlif yeməklərin daha yüksək səviyyədə hazırlanmasına imkan verməsi onun baha satılmasına şərait yaradır. Digər mühüm məsələ isə Azərbaycanda mövcud iri və xırdabuynuzlu heyvan ehtiyatlarının daxili tələbatı tam ödəməməsidir. Bu səbəbdən müəyyən həcmdə ət idxal olunur və xaricdən gətirilən məhsulların üzərinə daşınma, logistika və digər əlavə xərclər gəlir ki, bu da qiymətlərə təsir edir".
Ekspertin fikrincə, bu problemin aradan qaldırılması üçün yerli istehsalın həcmi artırılmalı, heyvandarlıq sahəsi daha ciddi şəkildə stimullaşdırılmalıdır:
"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş imkanlar mövcuddur və dövlət proqramlarında da həmin sahələrin inkişafı nəzərdə tutulur. Məqsəd Azərbaycanın ən azı daxili tələbatı ödəyəcək səviyyədə istehsal gücünə çatmasıdır".
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri