Icma.az
close
up
RU
Etdiyi zarafat 1200 manata başa gəldi

Etdiyi zarafat 1200 manata başa gəldi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Xətai rayonunda 41 yaşlı kişi tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Babək prospekti 92 ünvanında baş verib. Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Rüfət Mirzəyev əvvəllər tanıdığı Ruslan Babayev ilə onun çalışdığı qaynaqçı emalatxanasında mübahisə edib.
O, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ruslanı əl zərbələri ilə baş və sifət nahiyələrindən vurmaqla döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə ifadə verən Rüfət bildirib ki, Ruslan ilə 2025-ci ildən tanışlıqları var və həmin şəxsin qaynaqçı emalatxanasında usta kimi çalışıb: “Məlum hadisə günü, saat 18:10-da Ruslanın icarəyə işlətdiyi emalatxanaya getdim və onunla birlikdə çay içdik, bir-birimizlə zarafat etməyə başladıq. Ruslanın etdiyi zarafatdan əsəbləşdim. Mənimlə zarafat etməməsini bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də Ruslana hər dəfə onunla kobud zarafat etməməməsi barədə xəbərdarlıq edib:
“Buna baxmayaraq Ruslan hər dəfəsində zarafatlarına davam edib. Həmin vaxt Ruslan mənimlə etdiyi zarafatdan əsəbləşdim və əlimlə onun sinəsindən tutaraq geri itələdim. Bu zaman aramızda yaranan mübahisə zəminində əsəbləşərək qəsdən əl zərbəsi ilə Ruslanın sifət nahiyəsinə bir dəfə vurdum. Bu vaxt Ruslanın burnundan qan gəldiyini gördüm və oradan getdim”.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Rüfət Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinib və o, 1200 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri