Cem Yılmazın şousunda etdiyi zarafat başına gəldi
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Məşhur komediyaçı Cem Yılmazın ABŞ vizasının rədd edildiyi bildirilib.
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı ilk açıqlama televiziya aparıcısı Ece Erken tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, komediyaçının ABŞ-yə viza müraciəti zamanı maraqlı bir hadisə yaşanıb.
Bu barədə "Gel Konuşalım" proqramında danışan Ece qeyd edib ki, səfirlikdə çalışan qadın əməkdaş Cem Yılmazı tanımayıb və o vəziyyəti əvvəlcə zarafat hesab edib. Daha sonra isə buna görə əsəbiləşdiyi, lakin sonda gülərək vəziyyətdən çıxdığı iddia olunub.
Sözügedən məlumat qısa müddətdə sosial şəbəkələrdə və bəzi televiziya proqramlarında geniş müzakirələrə səbəb olub.
Lakin məsələ ilə bağlı Cem Yılmaz heç bir açıqlama verməyib.
Xatırladaq ki, komediyaçı daha əvvəl şoularının birində pasport nəzarəti ilə bağlı zarafatları ilə gündəmə gəlmişdi.
O, səhnədə "İngiltərəyə girə bilmərəm? Yanımda pulum var, turist kimi gəlmişəm" sözləri ilə tamaşaçıları güldürmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















