Icma.az
close
up
RU
Etibar Əliyev sabiq nazirə haqq qazandırdı: Mənzil ala bilmirlər...

Etibar Əliyev sabiq nazirə haqq qazandırdı: Mənzil ala bilmirlər...

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Elmi dərəcəsi olanların, ali məktəb müəllimlərinin əmək haqları aşağıdır. Müəllimlər yalnız dərs yükünə görə əmək haqqı alırlar. Ali məktəb müəllimləri tədqiqata görə əmək haqqı alımırlar. Bəzi ali məktəblər nüfuzlu xarici jurnallarda çıxışa görə müəllimlərə əlavə əmək haqqı verirlər. Fəlsəfə doktorlarının, dossentlərin əmək haqqı 700-800 manat arasında dəyişir. Elmlər doktorlarının əmək haqqı 1000-1200 manatdır. 3000-4000 manat maaş alan ali məktəb müəllimləri var. Təbii ki, bunlar onun xarici jurnallarda dərc etdirdiyi məqalədən asılıdır". 
Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. 
O bildirib ki, biz bu gün İqtisad Universiteti (UNEC) ilə Pedaqoji Universiteti (ADPU), Neft və Sənaye Universitetini (ADNSU) müqayisə edə bilmərik:
"UNEC-də 3000 manatdan çox maaş alan müəllimlərlər var. Bu da həmin müəllimlərin elmi tədqiqatları ilə bağlıdır. Elə ali məktəb rəhbərləri var ki, müəllimlərin maaşının artırılması onların maraq dairəsində deyil. Daxili vəsaitlər hesabına da maaşları yüksəltmək olar".
Onun sözlərinə görə, Təhsil Nazirliyinin Elmin İnkişafı Fondu hər il ali məktəblərdən pul qoparır:
"Elə ali məktəb var ki, fonda 1 milyon manatdan çox vəsait ödəyir. Universitetlər tələbələrin vəsait hesabına pul qazanır və vəsaitin əsaslı hissəsi fonda köçürülür. Dünya ölkələri universitetlərə tədqiqatlara, alimlərə dəstək olur. Bizdə isə əksinədir. Elm və Təhsil Nazirliyi isə fond hesabına ali təhsil ocaqlarından pul qoparır. Bu vəsait nazirlik əməkdaşlarının sosial müdafiəsinin artırılmasına, qrand layihələrinə xərclənir. Ali məktəblərin büdcəsinə zərbə vuran bu sistem aradan qaldırılmalıdır. Ali məktəblərin yeganə gəlir mənbəyi ödənişli təhsil alan tələbələrin və dövlətin köçürdüyü vəsaitdir. Bu gəlirlə ali məktəbi yaşatmaq çətin məsələdir. Mükafatlandırmalar, əmək haqqına əlavələr olmalı, tədqiqatlara vəsait ödənilməlidir. Bu dediklərim dəqiq amildir və illərdir ki, davam edir. Həmin vəsaitləri universitetlər özü tədqiqata xərcləyə bilərlər. Dünyada universitetlər var ki, büdcəsi Azərbaycanın büdcəsindən çoxdur. Həmin büdcənin kiçik hissəsi tələbələrin köçürdüyü vəsait hesabına formalaşıb. 80 milyard dollar büdcəsi olan universitetin yalnız 20% büdcəsini tələbələrim vəsaiti təşkil edə bilər".
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi yaranan zaman elmin ali məktəblərdə maliyyələşməsi üçün ciddi addımlar atılacağını düşünürdük:
"Nazirlik isə hazırda elm və təhsilin vəhdətini yarada bilmir. Elmin cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu anlamaq lazımdır. İndiki şəraitdə professorun əmək haqqı onun sosial problemlərini həll edə bilmir. Onlar mənzil ala bilmir, övladları üçün şərait qura bilmirlər. Təbiət elmlərində  böyük əksəriyyətin qadınların olmasında səbəb məvacib az olduğu üçün kişilər elmə maraq göstərməməsidir. Bizə bütün sahələrdə elmi tədqiqatlar aparmaq vacibdir".
Qeyd edək ki, keçmiş təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib ki, professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see224

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see208

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see206

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see157

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see145

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see144

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see141

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see140

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see139

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see137

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see136

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see134

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see133

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see130

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see130

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see130

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri