Etibar Əliyev: Süni intellektin təhsilə tətbiqi prosesin daha effektiv olmasına töhfə verə bilər
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Biz artıq süni intellekt dövrünə qədəm qoymuşuq və bu, IV Sənaye İnqilabının əsas texnologiyalarından biridir. Bu reallıq onu göstərir ki, ayrıca təcrid olunmuş təhsil sistemi mövcud deyil. Təhsil sistemləri bir-biri ilə qarşılıqlı əlaqədədir, beynəlxalq təcrübələr öyrənilir, geniş tədqiqatlar aparılır və müxtəlif müəlliflər bu sahədə elmi yanaşmalar ortaya qoyurlar".
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.
O bildirib ki, yeni yaranan paradigmadan yayınmaq mümkün deyil:
"Lakin süni intellekt yalnız texnoloji yenilik deyil, eyni zamanda özü ilə bir sıra anlayışlar və müzakirə mövzuları da gətirir. Süni intellekt etikası, onun təbii intellektlə münasibətləri və insan faktoruna təsiri kimi məsələlər xüsusi diqqət tələb edir.
Düşünürəm ki, beynəlxalq təcrübələr dərindən öyrənilməli və süni intellektin ən yaxşı məziyyətləri təhsil sistemimizə düzgün şəkildə tətbiq olunmalıdır. Bu, təhsildə qavrama və öyrənmə prosesinin daha sürətli və effektiv olmasına töhfə verə bilər".
Sabiq deputat qeyd edib ki, biz müasir texnologiyalardan geri qalmamalıyıq:
"Bu mənada süni intellektin təhsilə inteqrasiyası ilə bağlı geniş ictimai müzakirələr, ekspert dinləmələri aparılmalıdır. Onun müsbət və mənfi tərəfləri, tətbiq mexanizmləri və yol xəritəsi aydın şəkildə müəyyənləşdirilməlidir.
Eyni zamanda süni intellektin təhsildə tətbiqi sadəcə texniki vasitə kimi deyil, şagird və müəllimlərin tədris prosesini və yeni texnologiyaları daha rahat mənimsəməsinə xidmət edən effektiv bir alətə çevrilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Etibar Əliyev elmə, təhsilə müəyyən qədər fayda verə bilər
04 Dekabr 2025 20:22
Azərbaycanda süni intellektin hansı sahələrdə tətbiqi daha effektiv ola bilər?
23 Dekabr 2025 13:41
Azərbaycan məhkəmələrində süni intellektin tətbiqi töhfə verəcək
24 Fevral 2025 20:50
“Süni intellektin mediada tətbiqi”
28 Oktyabr 2025 12:48
Kamran Əliyev prokurorluq orqanlarında süni intellektin tətbiqi ilə bağlı tapşırıq verdi
15 May 2025 18:58
Baxış sayı:88
Bu xəbər 24 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları