Kreditlərin Anderraytinqi Bölməsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin Kreditlərin Anderraytinqi Bölməsi üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kreditlərin Anderraytinqi Bölməsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri
İş barədə məlumat:
Satış bölməsi tərəfindən təqdim olunan kredit müraciətləri və limitlər üzrə anderraytinqin həyata keçirilməsi və risk dərəcəsinin qiymətləndirilməsi; Borcalanların maliyyə vəziyyətinin və kredit öhdəliklərini icra etmə qabiliyyətinin təhlili, kredit risk reytinqlərinin hesablanması və qərarların verilməsi; Bankın kredit siyasəti, daxili prosedurlar və Risk iştahası çərçivəsində kredit riskləri üzrə əsaslandırılmış ekspert rəyinin verilməsi və bu rəyə görə cavabdehliyin daşınması; Müsbət rəy verilmiş kreditlərin icrasına nəzarət edilməsi, erkən xəbərdarlıq siqnalları əsasında risk strategiyalarına rəy bildirilməsi; Zərurət yarandıqda, kreditləşmə prosesində bankdaxili metodologiya və qaydalardan kənarlaşmaların ekspert əsaslandırma ilə qiymətləndirilməsi; Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları üzrə biliklərin tətbiqi və kredit mütəxəssislərinə təlimlərin keçirilməsi; Birbaşa rəhbər tərəfindən tapşırılan digər funksiyaların icrası.Namizədə tələblər:
Ali iqtisadi təhsil; Sahə üzrə azı 5 il, biznes kreditlərinin anderraytinqi üzrə azı 2 il iş təcrübəsi MS Office proqramlarında işləmək bacarığı; Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı; Yüksək məsuliyyət hissi; Analitik düşüncə; Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma; Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin Kreditlərin Anderraytinqi Bölməsi üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri göstərməyiniz xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Dekabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















