Icma.az
close
up
RU
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev dindirilib.

Proses zamanı maraqlı detallar açıqlanıb, tərəflər arasında sərt mübahisələr yaşanıb. Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə "Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini xahiş edib. O, şirkətin həm ölkə daxilində, həm də xaricdə geniş əlaqələrə malik olduğunu əsas gətirərək, müzakirə olunan məsələlərin ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etməyib. Lakin müdafiə tərəfinin etirazından sonra məhkəmə vəsatəti təmin etməyib. Sərfəli qiymətə məhsullar

Dindirilən Pərviz Hacıyev bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyır və şirkətdə bütün maliyyə məsələləri onun birbaşa nəzarətində olub.

Şahid qeyd edib ki, şirkət Özbəkistandakı tərəfdaşlarla işlərin görülməsi üçün əvvəlcə 16 milyon manatlıq müqavilə bağlamağı planlaşdırıb:

"Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyon manata, daha sonra isə 8 milyon manata endirdi. Səbəbini soruşanda Özbəkistan şirkətinin maliyyə imkanlarının çatmadığını dedi. Biz bu layihədən cəmi 3 milyon manat qazanc götürdük".

Pərviz Hacıyev Sinqapurda yerləşən hər hansı şirkətlə tender müqaviləsi bağlanmasından xəbərsiz olduğunu da vurğulayıb.

Hazırkı sədr gündəlik maliyyə hesabatlarını nəzərdən keçirərkən bəzi kənar xərclər aşkarladığını bildirib:

"Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Vüqar Əliyevə şifahi xəbərdarlıq etdim. O isə cavab verdi ki, Energetiklər Günüdür, hədiyyə almaq lazımdır".

Təqsirləndirilən Vüqar Əliyev isə öz növbəsində heç bir qanunsuzluğa yol vermədiyini bildirib. O, ona heç bir rəsmi və ya şifahi xəbərdarlıq edilmədiyini qeyd edib. Vüqar Əliyev əsas qərarların və xarici müzakirələrin "Azərenerji"nin keçmiş rəhbəri, aralarında "şef" adlandırdıqları Etibar Pirverdiyevin nəzarəti altında həyata keçirildiyini iddia edib.

Məhkəmədə müdafiə tərəfinin Etibar Pirverdiyevin rolu və "Nur" MMC ilə bağlı ünvanladığı bir sıra suallar dövlət ittihamçısının etirazı əsasında protokoldan çıxarılıb və cavablandırılmayıb.

Buna baxmayaraq, vəkil Nurlan Məmmədov diqqətçəkən iddia səsləndirib:

"Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib və 55 min manat əməkhaqqı alıb. Heç adi bir məsləhətçi bu qədər yüksək maaş alar?".

İclasın sonunda Vüqar Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə də baxılıb. Vəkil müvəkkilinin beş azyaşlı uşağının olduğunu və şahidlərə təsir göstərməsi ilə bağlı iddianın əsassız olduğunu qeyd etsə də, məhkəmə heyəti vəsatəti təmin etməyib.

Xatırladaq ki, Vüqar Əliyev bir il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Həmin maddə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Növbəti məhkəmə prosesində şahidlərin dindirilməsinin davam etdirilməsi gözlənilir. Proses noyabrın 16-da davam etdiriləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri