Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Etibarlı tərəfdaşlıq, yoxsa etibarsız tərəfkeşlik?!

Etibarlı tərəfdaşlıq, yoxsa etibarsız tərəfkeşlik?!

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Rusiya kiçilib öz tarixi torpaqlarına sığışmayınca, dünya xalqlarına rahatlıq yoxdur".

Azərbaycaın istiqlalının tarixi memarı Məhəmməd Əmin Rəsulzadənin bu fikrini bu gün professor Qulu Məhərrəmli öz statusunda bir daha paylaşıb.

Mən bu fikri daha əvvəl də Rəsulzadədən oxumuşdum, bilirdim. Ancaq Rusiya ilə Azərbaycan arasında indi baş verənlərin fonunda bu fikir daha aktual səslənir. Əslində elə həmişə aktualdır.

Bir ay bundan əvvələ qədər Azərbaycanla Rusiya arasında münasibətlərdə heç bir problem yox idi. Ya da görünmürdü. Hər şey dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından başladı. Rusiyada bu cinayəti əvvəl ört-basdır etməyə çalışdılar, sonra üzr istənildi, ardınca da Azərbaycan əleyhinə kampaniya başladıldı. Bunları bilirsiniz, təfərrüata varmayacam.

Bəli, Rusiya xarici işlər naziri Sergey Lavrov deyir: "Azərbaycan etibarlı tərəfdaşdır".

Düz deyir.

Deməli, bu son baş verənlər göstərir ki, Rusiya etibarsız tərəfdaşdır. El arasında deyildiyi kimi, ipinin üstünə odun yığmaq olmaz. "İpinin üstünə odun yığmaq"bir yana qalsın, Rusiya həmin iplə strateji müttəfiqini boğmağa da hazırdır. Bəlkə də yeganə etibarlı tərəfdaşını da itirməyi gözə alır, nəinki sərnişin təyyarəsini vuranları cəzalandırmağı və kompensasiya ödəməyi.

Bu iki qonşu ölkə, dost dövlət arasında yaranmış yüksək səviyyəli münasibətlərə Moskva özü niyə xələl gətirir? Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılır, cavab olaraq Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılır. Bunlar lazım idimi?! Rusiya hakimiyyətinin məsələni bu qədər uzatmağına dəyərdimi?! Dünya Rusiyadan, Putindən qorxur, amma, deyəsən, Putin də Ramzan Kadırovdan qorxur. Doğrudanmı, Rusiya kimi qlobal güc bir Ramzan Kadırovla bacarmır?! Bu, balaca əyalət tiranının nazı ilə nə vaxta qədər oynayacaqlar?!

Azərbaycan və Rusiya prezidentləri həm bir-birinin iştirakı ilə, həm ayrı-ayrılıqda dönə-dönə bəyan ediblər ki, istər ikitərəfli, istərsə də, hər iki ölkənin iştirakçısı olduğu çoxtərəfli formatlarda Azərbaycan üzərinə götürdüyü öhdəliklərə həmişə əməl edib və əməl edir.

Bəs Rusiya?!

Yaxşı, tutaq ki, Rusiya rəhbərləri öz komplekslərinə məğlub olur; üzərinə düşənləri etməyi Azərbaycan qarşısında "sınmaq" kimi yanlış qavrayıb yanlış davranır. Bəs həlak olan 38 nəfər dinc insanın ruhu qarşıslnda mənəvi öhdəlik necə olsun?! Onların arasında Rusiyanın öz vətəndaşları da var.

Baxın, Ermənistan qaça-qaça gedib, yanvarın 14-də ABŞ-ın yol üstündə olan Bayden administrasiyası ilə "diz üstündə" strateji tərəfdaşlıq sənədi imzaladı.

Rusiya buna nə dedi?!

Həmin Lavrov dedi ki, bu, Ermənistanın suveren hüququdur. Bəs Azərbaycanın suveren hüququ hüquq deyilmi?! Sərnişin təyyarəsinin vurulmasına görə günahkarların cəzalandırılmasını, eləcə də, təyyarənin heyətinə, sərnişinlərinə və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə dəyən zərərin kompensasiyasını tələb etmək Azərbaycan dövlətinin suveren hüququdur.

Paradoksa baxın: Rəsmi İrəvan Vaşinqtonda Rusiyanın kürəyinə xəncər saplayanda, bu, Ermənistanın "suveren hüququ" olur, ancaq Azərbaycan öz halal haqqını tələb edəndə suveren hüquq Moskvanın yadına da düşmür, ya da ağlına gəlmir. Bu, necə olur?!

Deməli, Moskva hər mənada etibarlı tərəfdaşın qədrini belə bilirmiş!

Bir tarixi xüsusi xatırlatmaq istərdim: Azərbaycan prezidenti Moskvada Rusiyalı həmkarı ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməni 2022-ci il fevralın 22-də imzalayıb. Elə həmin il fevralın 24-də isə Rusiya Ukrayna ilə "xüsusi hərbi əməliyyat" adı altında müharibəyə başlayıb. Azərbaycan prezidenti özü də, bütün dünya da Rusiyanın Ukraynaya hücum edəcəyini ya bilirdi, ya da gözləyirdi. Bütün mötəbər proqnozlar, kəşfiyyat hesabatları bunu göstərirdi. O cür həssas, Azərbaycan üçün çox riskli bir momentdə rəsmi Bakı Rusiya ilə bu sənədi imzaladı. Prezident də bilirdi ki, bu, Qərbin, yumşaq desək, xoşuna gəlməyəcək, təzyiqlər artacaq və sair. Həmin günlərdə hamı Rusiyanın yanından qaçırdı. Amma Azərbaycan bunu etmədi.

Təbii ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, indi də dəstəkləyir. Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni əvvəl də dəstəkləməyib, indi də dəstəkləmir. Ancaq onu da qəbul edir ki, Azərbaycan bu müharibənin qarşısını ala bilməzdi. Müharibə başlayandan sonra çox ölkə Rusiyanın yanından qaçdı, çox ölkə Ukraynanın yanına qaçdı və ya əksinə. Ancaq Azərbaycan nə Rusiyanın yanından qaçdı, nə Ukraynanın yanından qaçdı. Məlum idi ki, buna Ukraynanı təhrik edənlər, Rusiyanı məcbur qoyanlar var idi. Buna görə də Azərbaycan heç bir tərəf seçmədi, ədaləti və təbii ki, Azərbaycanın təhlükəsizliyini seçdi. Başqaları kimi Rusiyanı, Ukraynanı kürəyindən vurmadı. Ermənistan məhz belə etmişdi. Müharibə boyu Ermənistan gah Ukraynaya qarşı Rusiyanın yanında, gah da Rusiyaya qarşı Ukraynanın yanında göründü. İndi etdikləri - ABŞ-la strateji sənəd, Avropa İttifaqına üzvlük və sair kimi oyunları Rusiyaya qarşı, Rusiyanı sanksiyalardan yayındırması isə ABŞ-a və Avropaya qarşıdır. Ancaq Azərbaycan heç vaxt bu cür ikili oynamadı. Hər zaman obyektiv və barışdırıcı mövqedən çıxış etdi. Amma Rusiya, görünür, bu cür yüksək siyasi mədəniyyətə və ədalətə adekvat qiymət verə bilmir. Ya da ola bilsin, Rusiya hakimiyyətinin iradəsi iflic vəziyyətinə düşüb.

Başqa çox səbəblər ola bilər. İstənilən halda - hansı səbəbdən olur-olsun, Moskvanın hazırda Azərbaycan əleyhinə apardığı siyasi kampaniya, vurulmuş təyyyarə ilə bağlı məsələdə öhdəliklərdən qaçmaq Rusiya kimi bir dövlətə yaraşmır.

Dekabrın 25-də Aktauda yerə düşən, sadəcə, təyyarə deyildi, həm də rus dövlətinin üzü idi. Üzünü yerdən qaldırmaq isə bu dövlətin öz boynunun borcudur. Təkcə Azərbaycana, o 67 nəfər zərərçəkənə borc deyil, həm də Rusiya hökumətinin öz xalqı qarşısında borcudur, öhdəliyidir. Bundan da yayınacaqsa, deməli, artıq nəinki diplomatiyanın, hətta normal insani empatiyanın da bitdiyi - sözün sözsüz qaldığı yerdir.

Rəsulzadənin sözlərinə qayıtsaq, bəli, çox dahiyanə təsbitdir. Ancaq Rusiyanın öz tarixi torpaqlarına nə zaman çəkiləcəyini biz bilmirik. Bəlkə on il, bəlkə yüz il, bəlkə min il çəkər bu proses. Bundan asılı olmayaraq, Rusiya dünya üçün təhlükə olmaqdan bu və ya başqa yollarla qurtula bilməsə, Dünya üçün də çətin olacaq, özü üçün də. Tarix də, indiki hadisələr də göstərir ki, Rusiya üçün ən dəhşətli təhlükə mənbələrindın biri... elə Rusiyanın özüdür ki var. Müharibələr edə bilər, lap nüvə silahını da işə sala bilər, yeni ərazilər də zəbt eləyə bilər, Belorusu, hətta Ukraynanı və sair özünə birləşdirə, qata bilər. Ancaq bu, strateji mənada heç nəyi dəyişmir. Ərazini böyütmək böyümək deyil, etibarsız tərəfdaş, təcavüzkar imici qazanmış bir dövləti nə arsenalındakı atom bombası, nə nefti, qazı, nə almazı, qızılı, nikeli... xilas etməz.

Budur, Donald Tramp gəldi, Çinə, Hindistana bir-iki mesaj göndərən kimi hər ikisi Rusiyanın neftini almaqdan boyun qaçırdı. Çin hətta Rusiyadan taxıl idxalını azaldıb, Ukrayna və Qazaxıstandan isə artırıb. Rusiyanın güvəndiyi dağlara nəinki qar yağır, hətta qar uçqunları da başlayıb. Ona görə də etibarlı tərəfdaşın qiymətini bilməsi lazımdır artıq.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri