Ətin qiyməti 30 manata çatacaq?
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə ət istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçiriləcəyini bildirib.
Nazirin sözlərinə görə, yeni Dövlət Proqramının icrası nəticəsində istehsalın həcminin yüksəldilməsi və bununla da ət bazarında qiymətlərin daha sabit vəziyyətə gətirilməsi hədəflənir.
Qeyd edək ki, hazırda bazarda mal ətinin qiymətində artımlar müşahidə edilir. Məlumatlara görə, sümüklü mal əti 19, sümüksüz mal əti isə 25 manata satılır. Ümumiyyətlə, son bir ayda qiymətlərdə 1-2 manatlıq artım qeydə alınıb.
Ət istehsalının artırılmasına nail olmaq üçün hansı tədbirlərə ehtiyac var?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov “Bakupost”a bildirib ki, ölkədə ət istehsalının artımına nail olmaq üçün köklü islahatların aparılması vacibdir:
“Ot, yem olmasa, ət də olmayacaq. Bunun üçün də bitkiçiliyi inkişaf etdirməliyik. Bitkiçiliyi inkişaf etdirmədən heyvandarlığı inkişaf etdirə bilməyəcəyik. Ona görə də kənd təsərrüfatında köklü, dərin islahatlara ehtiyac var. Burada maarifləndirmə, istehsalla bağlı mövcud problemlərin aradan qaldırılması, kadrların hazırlanması kimi böyük işlər görülməlidir. Həmin sahə uzun müddət başlı-başına buraxılıb. İslahatlar aparılmasa, 2030-cu ilə qədər Azərbaycanda ətin qiyməti 30 manata qalxacaq”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















