Icma.az
close
up
RU
Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu isə onu göstərir ki, illik müqayisədə ət idxalı dəyər ifadəsində 3 milyon 805,33 min dollar və ya 15,33%, həcm ifadəsində isə 410,01 ton və ya 3,45% artıb.

Bəs idxalının artması və havaların isinməsi ətin qiymətinə təsir edə bilərmi?

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxalın artması bazarda təklifi də artırır:

"Azərbaycanın ət idxalı həcmi və dəyəri əvvəlki illərlə müqayisədə artım göstərib, bu da ölkə daxilindəki tələbi ödəməyə kömək edir. Təklif artdıqda isə qiymətlər üzərindəki yuxarı təzyiq zəifləyir, hətta müəyyən hallarda qiymətlər aşağı düşə bilər.

Havaların isinməsi isə ətin qiymətinə fərqli yollarla təsir göstərir.

İsti havalarda mal-qaranın ot və yem mənbəyinə çıxışı asanlaşır, fermerlərin xərcləri azalır, bu da ətin maya dəyərini aşağı sala bilər. Bununla yanaşı, isti havalarda insanların ət istehlakı bir qədər azalır, bu da tələbin düşməsi deməkdir.

Azərbaycanda ət qiymətləri mövsümi amillərdən, idxal-ixrac siyasətindən, inflyasiyadan və fermerlərin davranışlarından birbaşa təsirlənir. Nəzərə almaq lazımdır ki, 2025-ci ildə ətin pərakəndə satışı həcmi əvvəlki illə müqayisədə 44,7% artmışdı, yəni bazarda ümumi ət dövriyyəsi böyüyür.

Nəticə etibarilə, idxalın artması ilə havaların isinməsi eyni vaxtda baş verərsə, bu iki amilin birlikdə qiymətlər üzərindəki yuxarı təzyiqi azaltması, hətta yaxın zamanda qismən aşağı salması mümkündür. Lakin bunun tamamilə həyata keçmə üçün nəqliyyat xərcləri, valyuta məzənnəsi və bayram dövrləri kimi əlavə amillər də rol oynayır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Aprel 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri