Icma.az
close
up
RU
Etiraf edəsi deyildilər ki...

Etiraf edəsi deyildilər ki...

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin (“Rus Evi”) fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın Azərbaycanda daim ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı, bu işdə qonşu dövlətə bir sıra yüksəkvəzifəli şəxslərin dəstək olması, hətta əməkdaşlıq etməsi barədə çoxsaylı iddialar uzun müddətdir gündəmdə olsa da, artıq konkret adlar çəkilməkdədir. Belə ki, Azərbaycanda Rusiya şəbəkəsinin Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunması, bu şəbəkəyə bir sıra tanınmış şəxslərin daxil olması artıq ictimailəşib. Belə ki, dünən “Qafqazinfo”da yayımlanan məqalədə qeyd edilən şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyevin rəhbərlik etməsi bildirilib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, Eldar Mahmudov da daxil imiş.

Adları çəkilən sabiq məmurlar Rusiya ilə işləmələrini, qonşu ölkənin maraqlarına xidmət etmələri ilə bağlı yazılanları etiraf etmirlər. Onlardan bunu etiraf etmələrini gözləmək də sadəlövhlük olardı. Maraqlıdır ki, həmin şəxslər ötən gün mövzu ilə bağlı mətbuata verdikləri açıqlamalarda da məntiqli heç nə demirlər və yazılanları hər hansı ağlabatan şərhlə təkzib etmirlər.

Belə ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Musavat.com-a açıqlamasında qısa olaraq yazılanların mənasız söhbət olduğunu deyib və “İndi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”, deyərək söhbəti bağlayıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də Manset.az-a bir cümləlik açıqlama ilə yazılanları “axmaq söz-söhbət” adlandıraraq vəziyyətdən çıxmağa cəhd edib.

Moskvadan idarə olunan Rusiya şəbəkəsinin digər üzvü olduğu bildirilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə bir qədər fərqli fikir irəli sürüb. O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-də təhsil almışam. Bu, o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!”

Heç kimə sirr deyil ki, Azərbaycanda Rusiya şəbəkəsinin üzvləri və bu dövlətin maraqlarına xidmət edənlərin adları təkcə qeyd etdiklərimizlə məhdudlaşmır. Rusiya tarix boyu nəinki Azərbaycanda, demək olar ki, bütün ölkələrdə öz casus və maraqlar şəbəkəsini qurub və hər hansı formada təlimatlandırıb, eləcə də müxtəlif formada dəstəkləyərək dövlət və digər strukturlarda möhkəmləndirib. Həmin şəbəkənin üzvlərinin və bu maraqlara xidmət edənlərin aşkar şəkildə bunu etiraf etməsi isə əlbəttə ki, mümkünsüzdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri