Etirazçılar ABŞ və Cənubi Koreya liderlərinin görüşünü pozmağa cəhd ediblər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 oktyabr, AZƏRTAC
Etirazçılar ABŞ və Cənubi Koreya prezidentləri Donald Tramp və Li Çje Men arasında keçirilən görüşü pozmağa çalışıblar.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, ABŞ Prezidentinə qarşı etiraz edən fəallar Kyoncu şəhərində görüşün keçirildiyi Milli Muzeyə girməyə cəhd ediblər. Əllərində “Trampa yox” şüarı yazılmış lövhələr tutan 70-ə yaxın etirazçı polis kordonunu keçərək təxminən 200-300 metr irəliləyiblər. Hadisə görüş başlamadan öncə baş verib. Agentliyin məlumatına görə, insident nəticəsində xəsarət alanlar olmasa da, polislə fiziki toqquşma qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:Cənubi Koreya və ABŞ prezidentləri rüsumları müzakirə ediblər
06 İyun 2025 21:10
Cənubi Koreyada etirazçılar parlamentin binasına hucum edib VİDEO
03 Dekabr 2024 19:35
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri görüşüblər
16 Noyabr 2024 13:43
ABŞ və Cənubi Koreya ticarət sazişini razılaşdırıb
26 Avqust 2025 01:22
ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirib
10 Fevral 2025 20:23
Baxış sayı:36
Bu xəbər 29 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















