Icma.az
close
up
RU
Etirazçılar hökumətin qərarını dəyişməyə bu dəfə də nail ola bilməyəcək Politoloq

Etirazçılar hökumətin qərarını dəyişməyə bu dəfə də nail ola bilməyəcək Politoloq

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İndiki şəraitdə Gürcüstandakı etirazçıların xüsusi bir nəticə əldə edəcəyini düşünmürəm. Çünki bu üsullar artıq əvvəlki illərdə sınaqdan keçirilib və istənilən nəticəni verməyib. Məsələn, “Rus qanunu” adlandırılan “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı Gürcüstanda müxalifət tərəfindən təşkil edilən genişmiqyaslı etiraz aksiyalarını xatırlayaq. Yüz minlərlə insan küçələrə çıxdı, aylarla etirazlar davam etdi. Şiddətli toqquşmalar baş verdi, müxtəlif istiqamətlərdən hökumətə təzyiqlər göstərildi. Hətta müəyyən mərhələlərdə hökumət geri addım atmağa məcbur oldu. Ancaq yekun nəticədə, istədiyi qanunu qəbul etdirdi. Əhali bu prosesdə hökuməti qərarını dəyişməyə məcbur edə bilmədi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev Gürcüstanda baş verən qarşıdurmalar və müxalifətin etiraz aksiyalarından danışarkən bildirdi.

Onun sözlərinə görə, eyni ssenari parlament seçkiləri zamanı da təkrarlandı:

"Müxalifət seçki nəticələrini tanımadı, küçələrə çıxdı, mitinqlər təşkil olundu. Ancaq yenə də nəticə dəyişmədi. Müxalifət partiyalarının bir çoxu seçkilərdə iştirak etmədi, bir hissəsinin liderləri və fəalları həbs olundu. Etirazçılara qarşı zorakılıq tətbiq edildi. Prezident Salome Zurabişvilinin bir neçə dəfə veto qoymasına baxmayaraq, iqtidar öz məqsədinə nail ola bildi. Bu kontekstdə, Gürcüstanın növbəti siyasi mərhələsi bələdiyyə seçkiləridir. Müxalifət bu seçkiləri boykot edir və bu boykot fonunda etirazlar davam edir. Lakin bu dəfə etirazçıların ritorikası daha sərtdir, daha aqressiv çıxışlar edilir".

Müsahibimizin fikrincə, etirazçıların sərt ritorikası nəticəni dəyişməyə kifayət etməyəcək.

"Ən əsas səbəblərdən biri Qərbdən gözlənilən səviyyədə dəstəyin olmamasıdır. Etirazçılar Qərbdən daha ciddi dəstək gözləyirlər, lakin bu, reallıqda baş vermir. Digər tərəfdən, ölkə daxilində də müxalifət düşərgəsi kifayət qədər təşkilatlanmayıb. Belə olan halda, düşünürəm ki, etirazlar müəyyən müddət davam etsə də, sonda hökumət tərəfindən tədricən nəzarət altına alınacaq və söndürüləcək. Ən sonda isə iqtidar bu seçkilərin nəticələrini müxalifətə tanıtmaq üçün müxtəlif vasitələrə əl atacaq və vəziyyəti öz lehinə dəyişdirəcək", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri