Icma.az
close
up
RU
“Ətraf mühiti qoru”: maarifləndirmə aksiyaları”: “Yaşıl Dünya” EMİB layihəni yekunlaşdırdı

“Ətraf mühiti qoru”: maarifləndirmə aksiyaları”: “Yaşıl Dünya” EMİB layihəni yekunlaşdırdı

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi (EMİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ətraf mühiti qoru": maarifləndirmə aksiyaları" adlı layihəsini yekunlaşdırıb. Bu barədə təşikilatın sədri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi gənc nəsildə ekoloji şüurun formalaşdırılması və ətraf mühitə sevgi hisslərinin aşılanmasına dəstək verməkdən ibarət olub.
Elman Cəfərli bildirib ki, layihə çərçivəsində paytaxt Bakıda və ölkənin 2 rayonunda maarifləndirmə tərbirləri, dəyirmi masalar təşkil olunub. Beləki mayın 20-də Bakının Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə "Qlobal iqlim dəyişikliyinin fəsadları:dünyamızı necə xilas edək", mayın 30-da Xaçmaz şəhərində yerləşən Çingiz Abdullayev adına 2 №-li tam orta məktəbdə "Yaşıl sərvətimiz:meşələri qoruyaq", iyunun 4-də isə Ağdam rayonunun Quzanlı qəsəbəsində "Qarabağda ekoloji terrorun acı izləri" adlı ictimai müzakirə keçirilib.
Layihə rəhbərinin sözlərinə görə, məktəblilərlə söhbət maraqlı olub, dəyirmi masada nümayiş etdirilən video-slayd təhsilalanların diqqətini çəkib.
Bundan başqa sahə üzrə ekspertlərin rəyləri ilə məqalələr hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb.
Pedaqoq, kimya üzrə fəlsəfə doktoru Aynur Zülfqarova ilə "Ekoloji şüurun formalaşdırılmasının mütərəqqi ənənələri" mövzusunda hazırlanmış "Uşaqlara ən böyük mirasımız yaşıl dünya olacaq", ekoloq alim Ənvər Əliyevlə "Ekoloji təhsil günümüzün tələbidir" mövzusunda hazırlanmış "Qopan hər yarpağa, sınan budağa öz bədənimizin bir üzvü kimi baxmasaq, canlı aləmi sevə bilməyəcəyik", pedaqoq-jurnalist Böyükağa Mikayıllı ilə "Məktəblilərə ekologiyanı necə sevdirməli" mövzusunda hazırlanmış "Yaşıl təhsil"in hədəfləri: "Sağlam düşüncəli yeni nəsil yetişdirməliyik", biologiya üzrə fəlsəfə doktoru Sadiq Qarayevlə "Ekoloji təhsil bizə ətraf mühitə mənfi təsiri azaltmağı öyrədir" mövzusunda hazırlanmış "Gənc nəsildə ətraf mühiti qoruma hissi, duyğusu, təşəbbüskarlığı yaşlı nəsildən daha çoxdur", kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənovla "Ətraf mühitin qorunmasında ekoloji təhsilin rolu" mövzusunda hazırlanmış
"Uşaqlarda torpağı, suyu, havanı, canlı aləmi, yaşıllığı qorumaq kimi mühüm vərdişlər formalaşdırılmalıdır" başlıqlı yazı və müsahibələr oxucular tərəfindən maraqla qarşılanıb.

Bundan başqa ekoloqların və pedaqoqların, alimlərin iştirakı ilə video-müsahibələr hazırlanıb.
"Pozan" İnternet Televiziyasında BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi, fəlsəfə doktoru Qismət Xanbabayevin iştirakı ilə "Yaşıl təhsil: gənc nəsildə ekoloji məsuliyyətin formalaşdırılması", biologiya üzrə fəlsəfə doktoru Murad Musayevin iştirakı ilə "Gənclərin iqlim maarifləndirilməsi: vacib tövsiyələr", pedaqoq Kamal Hacıyevin iştirakı ilə "Sağlam gələcək naminə: uşaqlara təbiəti sevdirək" və pedaqoq Pərviz Ağalarovun iştirakı ilə hazırlanmış "Şəxsiyyətin formalaşmasında ekoloji tərbiyənin rolu" adlı video-müsahibələr sosial şəbəkələrdə paylaşılıb və izləyicilərin böyük marağına səbəb olub.
E.Cəfərli layihəyə maliyyə dəstəyi göstərdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. QHT sədri deyib ki, bu mövzu aktualdır və davam etdirilməsinə ehtiyac var:
"Qlobal iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizə dövrünü yaşayırıq. Mövsümlər yerini dəyişir, təbii fəlakətlər artır. Qlobal istiləşmənin yaratdığı çətinliklər ciddi narahatlıq yaradıb. Xüsusən son 30 ildə təbii ehtiyatlardan israfçılıqla istifadə üzündən yaşıllıqlar, canlı aləm məhv edilib, ekoloji tarazlıq pozulub. Dünya ölkələri atmosferdə istixana effekti yaradan karbon emissiyasının azaldılması üzrə öhdəliklər götürüb. Ənənəvi enerjidən imtina olunur, bərpa olunan enerjiyə keçid edilir. Lakin ilk növbədə ictimai şüur dəyişməli, ekoloji tərbiyə olunmuş yeni insan tipi meydana çıxmalıdır. Bunun üçün gənc nəslin erkən yaşlarda ekoloi tərbiyəsinə ehtiyac var".
QHT sədri deyib ki, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır.
"Bölgələrdə keçirdiyimiz dəyirmi masalarda ətraf mühitə münasibətdə ictimai şüurda müsbət dəyişikliyin şahidi olduq. İnsanlar sahibsiz heyvanlara, yaşıllıqların məhv edilməsinə qarşı əvvəlkitək laqeyd deyillər. Ətraf mühiti çirkləndirənlərə, yaşıllıqları məhv edənlərə mübarizə tədbirlərinin, çəkindrici alətlərin effektinə inanırlar. Ən əsası gördükləri neqativ prosesləri foto və video qeydlərini aparmaqla, sosial şəbəkələrdə yaymaqla özləri də bu prosesdə iştirak etmək istəyirlər. Düşündürücüdür ki, insanlar ictimai müqavimətlə neqativ proseslərin aradan qaldırlacağına inanır, buna yönəlik ictimai təşəbbüslərə dəstək vermək istəyirlər. Məktəblərdə keçirdiyimiz görüşlər belə deməyə əsas verir ki, artıq canlı aləmə, ətraf mühitə sevgi hissi ilə yanaşan, sahibsiz heyvanlara qayğı göstərməyə çalışan yeni nəsil yetişib. Məktəb yaşlı uşaqlar ağac əkmək, onlara qulluq göstərmək, təmizlik aksiyalarında iştirak etmək, quşlara yuva düzəltmək istəyir, yaşıl nəqliyyata üstünlük verir, ətraf mühitin mühafizəsi tədbirlərinə dəstək verməkm istəyirlər. Heç şübhəsiz ki, bu, son illərdə uğurla aparılan təşviqat işlərinin, ekoloji maarifləndirmənin nəticəsidir"-deyə, layihə rəhbəri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 İyul 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri