Icma.az
close
up
RU
Ətraf mühiti qoru: bir gün deyil, hər gün

Ətraf mühiti qoru: bir gün deyil, hər gün

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının İsveçin Stokholm şəhərində keçirilən Ətraf Mühit Konfransında təyin edilib. Hər il 5 iyunda Ətraf mühitin mühafizəsi ilə bağlı bütün dünyada məlumatlılığın artırılması və tədbirlər görülməsi məqsədi ilə bu gün qeyd olunur.

Ətraf Mühit Günü ilk dəfə 1973-cü ildə “Yalnız bir Yer” şüarı altında keçirilib. Sonrakı illərdə Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin çirklənməsi, plastik çirklənmə, qeyri-qanuni vəhşi təbiət ticarəti, davamlı istehlak, dəniz səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyi kimi ətraf mühitin üzləşdiyi problemlər haqqında məlumatlılığı artırmaq üçün kurs götürüb. Bundan əlavə, Ümumdünya Ətraf Mühit Günü istehlak nümunələrində, milli və beynəlxalq ekoloji siyasətdə dəyişikliklərə dəstək vəd edir.

Təsis edildiyi gündən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən idarə olunan Ümumdünya Ətraf Mühit Günü ekoloji yardım üçün ən böyük qlobal ekoloji tədbirə çevrilib və bu günün ən aktual ekoloji problemləri ilə mübarizədə 150-dən çox ölkədə geniş qlobal auditoriyanı cəlb edib. Ümumdünya Ətraf Mühit Gününün 2025-ci il nəşri plastik çirklənməyə son qoymağa yönəldiləcək. Onilliklərdir ki, plastik çirklənmə dünyanın hər tərəfinə sızaraq içdiyimiz suya, yediyimiz qidaya qarışır. Plastik çirklənmə böyük narahatlıq doğursa da, bu, həm də bugünkü ekoloji problemlər arasında həll edilə bilən problemlərdən biridir.

Dünyada hər dəqiqə 1 milyon plastik su şüşəsi alınır və hər il 5 trilyon birdəfəlik polietilen paket istehlak edilir. İstifadə etdiyimiz plastik məhsulların 50%-i birdəfəlik məhsullardır. Bir il ərzində okeanlarda yığılan plastik miqdarı dünya ətrafında dörd dəfə dövrə vurmağa kifayət edir və tamamilə parçalanana qədər 1000 il təbiətdə qalır. Plastik materiallar insan orqanizminə birbaşa zərər verir və mikroplastiklər vasitəsilə insanların suyuna və qidasına qarışır.

Hər il Ümumdünya Ətraf Mühit Günü fərqli bir ölkədə keçirilir. 2025-ci ildə ev sahibi ölkə Cənubi Koreyadır. Koreya Respublikası ikinci dəfədir ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü üçün qlobal müşahidələrə ev sahibliyi edir. Son 30 ildə bu ölkə su və havanın keyfiyyətinin yaxşılaşdırılması, kimyəvi maddələrin təhlükəsiz idarə edilməsi, ekosistemlərin qorunması və bərpası sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib.

Bu gün Koreya Respublikası plastik tullantılarla ciddi mübarizə aparan ölkələr sırasındadır. Ölkənin plastik strategiyası istehsal və dizayndan tutmuş istehlaka, təkrar istifadəyə və təkrar emala qədər hər mərhələsini əhatə etməyi hədəfləyir. Strategiya hökuməti, biznes sahələrini və istehlakçıları plastiklərin necə istifadə edildiyini və atıldığını yenidən formalaşdırmaq üçün bir araya cəmləyib. Koreya Respublikası plastik çirklənməni azaltmaq və daha davamlı gələcək qurmaq üçün qətiyyətli addımlar atır.

Dünya ölkələrində ekoloji vəziyyət dəyişkəndir. Ən çirkli ekoloji vəziyyətə malik ölkələrin 2024-cü il üzrə ümumi mənzərəsinə liderliyi hələ ki Çad edir. Hava keyfiyyətinə görə dünyada ən aşağı göstəriciyə sahib olan bu ölkə tez-tez toz fırtınaları, məişət yanacağının tüstüsü, zəif ekoloji nəzarət səbəbindən ən çirkli ekologiyası olan ölkə kimi xarakterizə edilir.

Pakistan, xüsusilə Lahor və Karaçi şəhərləri çox yüksək hava çirkliliyi ilə tanınır. Səbəblər isə sənaye tullantıları, köhnə nəqliyyat vasitələrinin istismarı və məişət tullantılarının açıq sahədə yandırılmasıdır. Dünyanın ən çirkli şəhərlərinin bir neçəsi də Hindistandadır. Delhi, Qaziabad kimi şəhərlərində həm hava, həm də su çirkliliyi ciddi problemdir. Sürətlə artan sənayeləşmə, xüsusilə tekstil sektoru, ətraf mühitə ciddi təsir göstərir. Çinin ekoloji keyfiyyəti də ürəkaçan deyil. Son illərdə təmizləmə tədbirləri görülüb, amma bəzi sənaye zonalarında hələ də yüksək çirklilik müşahidə olunmaqdadır.

Ətraf Mühitin Ümumi Qiymətləndirilməsi (Environmental Performance Index – EPI) indeksinə görə ən aşağı ekoloji nəticə göstərən ölkələr Vyetnam – 24.6 bal, Pakistan – 25.5 bal, Laos – 26.3 bal, Myanma – 27.1 bal, Hindistandır – 27.6 bal. Qeyd edək ki, bu indeks hava və su keyfiyyəti, tullantıların idarə olunması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi sahələr də daxil olmaqla ümumilikdə 58 göstərici əsasında hesablanır.

Birləşmiş Millətlər Təşkilatıının 2025-ci ildə Cənubi Koreyanın Busan şəhərində keçirilən beşinci görüşündə iştirakçı ölkələr plastik tullantılarla mübarizə üçün hüquqi bir müqavilə üzərində danışıqlar apardılar. Məqsəd plastik istehsalını məhdudlaşdırmaq və təkrar emalı artırmaqdır. Tərəflər 2025-ci ildə qarşılarına qoyduqları öhdəlikləri yerinə yetirməkldən məsuldurlar. Məsələn, "Tullantılara Qarşı və Dairəvi İqtisadiyyat Qanunu" çərçivəsində, Fransada 2025-ci ildən etibarən yeni istehsal ediləcək paltaryuyan maşınlarda mikroplastik filtrlərinin quraşdırılması məcburi olacaq. Bu ölkə 2040-cı ilə qədər birdəfəlik plastik qablaşdırmaların istifadəsi tamamilə dayandırılmasını da hədəf götürülüb.

Almaniya isə 2021-ci ildən etibarən birdəfəlik plastik məhsulların satışı qadağan edib. 2025-ci ildən "Birdəfəlik Plastiklərə Vergi" adlı xüsusi bir vergi növü tətbiq olunacaq. İspaniyada 2025-ci ildə, islanmış salfetlərin tualetə atılmasının qadağan edilməsi və plastik tərkibli şarların havaya buraxılmasının qarşısının alınması planlaşdırılır. İstehsalçılar bunları həyata keçirrlərsə təmizləmə xərclərini ödəməkdən də məsul olacaqlar.

Çinin öhdəliyi 2025-ci ilə qədər qeyri-biodeqradasiya olunan plastik torbaların istifadəsi qadağan etməkdir. Hindistan 2022-ci ildən başlayaraq qadağan etdiyi birdəfəlik plastik məhsulların istifadəsini genişləndirəcək. Tayland 2025-ci ildə plastik tullantıların idxalı qadağan edib. 2024-cü ildən birdəfəlik plastik məhsulların istifadəsi qadağan edən Yaponiya yeni plastik məhsulların ən azı 50%-ni təkrar emal edilə bilən materiallardan hazırlayır. Cənubi Koreya 2025-ci ildən etibarən birdəfəlik plastik stəkanların istifadəsi tamamilə qadağan edib.

Plastik torbalarla mübarizədə ən nümunəvi siyasət Ruanda və Keniyadadır. 2008-ci ildən Ruandada, 2017-ci ildən Keniyada plastik torbaların istifadəsi qadağan edilib və sərt cəzalar tətbiq olunur. Kanada 2024-cü ildən etibarən birdəfəlik plastik məhsulların istifadəsini qadağan edilib və 2030-cu ilə qədər plastik tullantıların tamamilə aradan qaldırılması hədəflənir. ABŞ-ın Kaliforniya və Kolorado ştatlarında isə istehsalçılar məhsullarının təkrar emalını təmin etmək üçün məsuliyyət daşıyırlar.

Beləliklə, plastik tullantılarla mübarizədə ən fəal ölkələr arasında Ruanda, Fransa, Almaniya, Hindistan, Cənubi Koreya, Kanada və Yaponiya yer alır. Bu ölkələr sərt qanunvericilik, istehsalçı məsuliyyəti və ictimai maarifləndirmə tədbirləri ilə plastik tullantıların azaldılmasına çalışırlar.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyun 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri