Icma.az
close
up
RU
Ətrafdakılar dediqodu sevənlərdən informasiya mənbəyi kimi istifadə edirlər

Ətrafdakılar dediqodu sevənlərdən informasiya mənbəyi kimi istifadə edirlər

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bəzi insanlara adi bir əyləncə kimi görülən dedi-qodu, bəzi insanlar üçün möhkəm dostluqları belə bitirməyə kifayət edir. Dedi-qodu başqaların arxasınca danışmaq və onları əmin olmadığımız səbəblərdən günahlandırmaqdır. Belə hallarla hər birimizin qarşılaşdığını desək yəqin ki, yanılmarıq. Başqasının arxasınca danışan bir kimsə bunun zərərsiz olduğunu hesab edə bilər, lakin o bilmədir ki, qeyri-ixtiyari də olsa həmin şəxsin etibarına və nüfuzuna zərər vurur.
Özlərinin daha dəyərli bir insan olduqlarını göstərməyə çalışırlar
Dedi-qodu etmək vərdişinin hansı səbəblərdən ortaya çıxdığı psixoloqlar tərəfindən araşdırılıb və ortaya maraqlı nəticələr çıxıb. Psixoloqlar belə hesab edir ki, insanlar çətinliklə qarşılaşdıqları zaman başqalarını pisləyərək özlərini "vəziyyətdən" çıxarmağa, doğru və üstün olduqlarını göstərməyə meyillidilər. Eyni zamanda insanlar "onlar səhv edə bilər, amma mən əsla" düşüncəsi ilə qısqanclıq hissələrini yox etməyə və haqlı olduqlarını isbat etməyə çalışırlar. Bu cür davranışımızın bir çox psixoloji səbəbləri var. Onlar içərisində ən çox rast gəlinəni isə bunlardır:
- Bəzi insanlar boş vaxtlarını "səmərəli" keçirmək məqsədilə dedi-qodu etdiklərini bildirirlər. Bəzi insanlar isə heç bir işlərinin olmadığını, bekarçılıqdan darıxdıqlarını, bu səbəbdən də dedi-qodu etdiklərini deyirlər. Lakin, araşdırmalar göstərir ki, darıxmaq dedi-qodu etmək üçün əsas səbəb ola bilməz. Dedi-qodu edən şəxsi buna vadar edən səbəb ümidlərinin puç olması, qısqanclıq hissi, özünə inamın zəif olmasıdır ki, bu da öz növbəsində insanı bu hərəkəti etməyə sövq edir.
- Dedi-qodu etmənin səbəblərindən biri də arxasınca danışdığı insanın tutduğu mövqedir. Məsələn, iş yerində müdiriyyətlə və yaxud məktəbdə müəllimlər ilə razılaşmayanlar, onlara qarşı olan əsəblərini arxalarınca danışmaqla yatırmağa çalışırlar.
- Dedi-qodunun əsas səbəblərindən biri də qısqanclıq hissidir. İnsan qısqandığı birinin qeybətini edərək başqalarının da həmin insana nifrət etmələrinə nail olmaq istəyir. Bu cür insanların belə pis vərdişdən xilas olmalarının tək yolu özünə olan inamı bərpa etmələridir.
- İnsanlar başqalarının arxasınca yalnız onların səhvlərini danışmaqla həmin şəxslərin özlərindən aşağı səviyyədə olduğunu göstərməyə  çalışırlar. Dolayısıyla diqqəti öz üzərlərinə çəkməyə səy göstərirlər. Daha doğrusu, özlərinin daha dəyərli bir insan olduqlarını göstərməyə çalışırlar. Məsələn, "bu adam heç nə etməyi bacarmır, zəifdir", cümləsi, əslində  "o adam mənimlə müqayisə oluna bilməz, mən ondan daha üstünəm" mənasını ifadə edir.
Bir müddətdən sonra onların özlərinə qarşı olan hörmətləri də azalır
Psixoloqların fikrincə dedi-qodu qısa müddət ərzində stresi azaldır, insanı sakitləşdirir. Lakin, zamanla bu qısa müddətli "hüzur" mənfi nəticələrə yol açır. Bunlardan qeybətini etdiyi şəxslə qarşılaşarkən keçirdiyi sıxıntı, sonradan çəkilən vicdan əzabı və peşmanlıq hissini qeyd edə bilərik. Bundan başqa iki şəxsin öz aralarında üçüncü şəxsin arxasınca danışmaları bir-birilərinə olan inamın itməsinə də səbəb olur.
Qeybət edən insanlar hər zaman başqalarının xoşagəlməz xüsusiyyətlərini danışıdıqlarından bu onların düşüncəsinə mənfi təsir edir. Bir şey haqqında pozitif deyil, neqatif düşünməyə başlayırlar. Ünsiyyətdə olduqları insanların niyyətlərinə şübhə ilə yanaşırlar. Dedi-qodu edənlərin ətrafında olan insanlar da onların bu xüsusiyyətlərindən yararlanmağa çalışırlar. Yəni onlardan "informasiya mənbəyi" kimi istifadə edirlər. Bütün bunların nəticəsi olaraq müəyyən müddətdən sonra onların özlərinə qarşı olan hörmətləri də azalır.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri