Icma.az
close
up
RU
ETSN AzerGold”u təltif etdi

ETSN AzerGold”u təltif etdi

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

QSC-dən AzVision.az -a bildirilib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilən mükafatı “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.
“AzerGold” bu mükafata 2024-cü ildə icra etdiyi “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” və “Təmiz Daşkəsən” layihələri ilə ətraf mühitin mühafizəsinə verdiyi töhfələrə görə layiq görülüb.
Tədbirdə, həmçinin təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji maarifləndirmə sahəsinə dəstək göstərən digər sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatları müxtəlif nominasiyalar üzrə təltif edilib.

Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə ətraf mühitin mühafizəsi və sosial məsuliyyətlilik prinsiplərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və kompleks tədbirlərini davam etdirib.
Belə ki, 2021-2024-cü illərdə icra edilən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində ötən il Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası işləri uğurla tamamlanıb.
“Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində isə ümumilikdə 10 hektara yaxın ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib, Daşkəsən şəhərinin müxtəlif küçələrinə yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.
Bundan başqa, qış aylarında yem tapmaqda çətinlik çəkən quşların bəslənməsinə və mühafizəsinə dəstək məqsədilə “Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində ekoloji təmiz quş yemlikləri quraşdırılıb, onların mövsümlük yem ehtiyacı qarşılanıb, ərazidə ağacəkmə və yaşıllaşdırma işləri davam etdirilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri